Azərbaycanda ödəniş kartları bazarında rəqabət güclənməkdədir. Uzun illərdir ki, yalnız banklara aid olan kart bazarına yeni oyunçular – son zamanlar populyarlıq qazanan rəqəmsal kartlar daxil olmağa başlayıb.
FED.az xəbər verir ki, Smartfonların geniş yayılması sayəsində virtual – rəqəmsal kartlar, öz imkanları ilə ənənəvi kartlardan demək olar ki, geri qalmırlar.
Kartlar arasında rəqabət, demək olar, bütün göstəricilər üzrə davam edir. Bura ödəniş, pul köçürmə, nağdlaşdırma imkanları, kəşbək faizləri və limitləri və sair aiddir.
FED.az oxuculara seçim imkanlarını göstərmək və asanlaşdırmaq üçün ölkədə populyar olan bəzi bankların və «Azercell»in ənənəvi və rəqəmsal kartlarını müqayisə edib.
«TamKart VISA Classic Debet» – Azərbaycan Beynəlxalq Bankı (ABB)
«Azərbaycan Beynəlxalq Bankı (ABB)»nin ən çox istifadə olunan «TamKart VISA Classic Debet »ı onlayn qaydada sifariş etmək mümkündür, müddəti isə 5 ildir. Kartın əldə olunması üçün heç bir ödəniş tələb olunmur.
«TamKart VISA Classic Debet»da Cashack müxtəlif kateqoriyalar üzrə qazanılır. Belə ki, hər ay seçilmiş paket üzrə müxtəlif kateqoriyalarda 10%-dək cashback qazanmaq mümkündür. Cahback qazanılmasında aylıq limit 300 manat müəyyən edilib. Kartla partnyor şəbəkələrində ödənişlər zamanı 20%-dək cashback qazanmaq olur.
Cashback paketləri və faizlər haqqında daha detallı :
Kapitalist |
Gənc |
Ailə başçısı |
Macəra pərəst |
Romantik |
Ərzaq mağazaları 2% |
Kafe/Restoran 3% |
Ərzaq mağazaları 2.5% |
Aviabilet 3% |
Kafe/Restoran 3% |
Kafe/Restoran 3% |
Taksi 7% |
YDM 2% |
Otel 3% |
Geyim mağazaları 4% |
Geyim mağazaları 3% |
Kitab və dəftərxana 5% |
Aptek 2.5% |
Geyim mağazaları 4% |
Gül dükanları 5% |
Kinoteatr 10% |
Kinoteatr 10% |
Klinika 2% |
Əyləncə mərkəzləri 7% |
Aksesuarlar 5% |
Bütün ödənişlər 1% |
Musiqi platformaları 10% |
Əyləncə mərkəzləri 7% |
ABB mobile 1% (Avto-ödəniş) 3% |
Parfümeriya 5% |
ABB mobile 1% (Avto-ödəniş) 3% |
Oyunlar 5% |
ABB mobile 1% (Avto-ödəniş) 3% |
Kinoteatr 1% |
ABB mobile 1% (Avto-ödəniş) 3% |
Trendyol* 8% |
ABB mobile 1% (Avto-ödəniş) 3% |
IST Petrol 7% |
Əyləncə mərkəzləri 1% |
|
Əyləncə mərkəzləri 1% |
İdman 5% |
Respublika Diqanostika Mərkəzi 20% |
Kinoteatr 1% |
|
Trendyol* 8% |
Kinoteatr 1% |
|||
Əyləncə mərkəzləri 1% |
* Trendyol kateqoriyası üzrə 8%-lə qazana bilinəcək keşbek məbləği: 15 AZN, sonrakı əməliyyatlar üzrə keşbek 1%-dən hesablanacaq.
«Akart» - «Azercell»
«Azercell»in buraxdığı «Akart» rəqəmsal kartı «Visa» və «AzInTelecom» ilə birgə əməkdaşlıqla ərsəyə gəlib. Kartın əldə olunması pulsuzdur, bunun üçün «akart» tətbiqini yükləyib «akart»ı aktiv etmək kifayətdir. Qeydiyyat prosesi sadədir: SİMA ilə üz tanıma mərhələsini keçməklə proses tamamlanır.
Təmassız ödənişlər etmək üçün "akart"ı Apple/Google pay-ə əlavə etmək mütləqdir. Kartı 3 il istifadə etmək olar. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.
«Cashback»a gəlincə: «akart» supermarket, aptek, YDM və avtoehtiyat hissələri mağazalarında - 2%, qalan bütün kateqoriyalarda isə 1% keşbek qazandırır.
Partnyor şəbəkələrdə əməliyyatlarda cashback daha yüksəkdir. Daha detallı şəəkələr və cashback faizləri aşağıdakı kimi müəyyən edilib :
San Tortino – 10% (Yalnız təmassız ödənişlərdən) / Insure.az - 8% (Sadəcə könüllü sığorta növləri üçün keçərlidir)
Silver Style-11% (Yalnız təmassız ödənişlərdən) / Leo Port Burger – 5% / Focus Optika – 5% / Solo Accessories – 5% / Silvex – 5% / Roses Are Red – 10% / Forte Fashion – 5% / Forte Kids – 5% / Kids Town – 5%.
Kateqoriya üzrə birdəfəlik qazanıla biləcək maksimum məbləğ 10 AZN, aylıq isə 25 AZN təşkil edir. Kartla ümumilikdə isə aylıq maksimum 100 manat cashback əldə etmək mümkündür.
«Akart» kəşbəklə yanaşı, pulsuz mobil internet – «Giqabayt Bonusları» da qazandırır. İstifadəçilər “akart” vasitəsilə həyata keçirdikləri hər 50 AZN məbləğində nağdsız ödəniş üçün 1 GB qazanmaq şansına malikdirlər. Bir ay ərzində maksimum 10 GB həcmində bonus qazanmaq mümkündür. Qeyd edək ki, birdəfəlik 50 AZN dəyərində ödəniş etmək şərt deyil. Əgər ay ərzində 50 AZN tamamlanmayıbsa, qalıq məbləğ növbəti ay üçün hesablanacaq. GB bonusları yalnız POS və eComm vasitəsi ilə həyata keçirilən ödənişlərə şamil edilir. (İstisnalar: dövlət, kredit, sığorta, ipoteka, köçürmə, kommunal xidmətlərə əsaslanan ödənişlər).
«Ucard» – Unibank
«Unibank»ın məşhur «Ucard»ı onlayn şəkildə alınır, müddəti 5 ildir.
«Ucard»da Cashack 4 kateqoriya: market, kafe-restoran, parkinq və kommunal üzrə hesablanır.
Marketlərdə 6%, kafe-restoranlarda 10%, komunal ödənişlərdə 2% və parkinq üzrə ödənişlərdə 5% cashback qazanmaq olar. Partnyorlardan 10%-dək cashack qazamaq mümküdür.
Kommunal ödənişlərdə 2% keşbek yalnız UBank daxilində edilən əhali ödənişlərinə, marketdə 6% keşbek yalnız Bravo-da Apple Pay/ Google Pay ilə edilən ödənişlərə digər marketlərdə 3% keşbek hesablanır, kafe-restoranda 10% keşbek yalnız Bolt Food-da edilən ödənişlərə aiddir. Digər kafe-restoranlarda 3% keşbek hesablanır. Bolt Food üzrə maksimal hesablanan məbləğ 20 AZN təşkil edir.
Yuxarıda qeyd olunan 4 kateqoriya (market, kafe-restoran, parkinq, kommunal) üzrə hər kateqoriya üzrə ayrıca maksimal cashback məbləği 20 AZN-dir.
«Ucard» sahibinin aylıq keşbek limiti isə 90 AZN-dir. Partnyorlardan qazanılan cashback-a isə limit yoxdur.
Kartla onlayn ödənişin məbləği 20 AZN-dən yuxarı olduqda 0,5% cashack qazanılır və Unibankın partnyor siyahısından kənar ölkədaxili ödənişlər zamanı da 0,5% qazanılır.
Vacib məqam - cashback son 3 ay ərzində UBank-a daxil olan müştərilərə hesablanır. Yəni son 3 ay ərzində UBank tətbiqinə daxil olmamısınızsa, cashback hesablanmayacaq, indiyədək qazanılan cashback isə silinəcək.
«XalqKart CASHBACK» – Xalq Bank
«XalqKart CASHBACK»ı onlayn şəkildə əldə etmək olar, qiyməti 15 manat, istifadə müddəti 3 ildir.
Kartla hər yerdə ödənişlərdən 2% cashback, partnyor şəbəkəsindən isə 40%-dək cashback qazanmaq mümkündür. Aylıq maksimal kəşbək məbləği: 300 AZN, 150 USD/EUR/GBP təşkil edir.
«myCard Standard» – «Accessbank»
«Accesbank»ın bu kartını 15 AZN ödəməklə onlayn alıb 5 il işlətmək mümkündür. Kartda müxtəlif kateqoriyalar üzrə fərqli cashack imkanları var:
Gündəlik xərclər 3% : Marketlər, Apteklər, Ərzaqlar, Zoomağazalar
Əyləncə (kafe, restoran, bar, kinoteatr) 5%,
Dəb və stil (geyim və aksessuar mağazaları) 7%,
Eviniz üçün (mebel, çamaşırxana, kimyəvi təmizləmə, məişət ləvazimatları) 7%, Avtomobiliniz üçün (YDM, ehtiyat hissələri, avtoservis) 3%,
Gözəllik və Sağlamlıq (kosmetika mağazaları, gözəllik salonları, xəstəxanalar) 5%, Səyahət (aviaşirkətlər, dəmiryolları, avtomobil kirayəsi, otellər) 7%.
Yuxarıda sadalananlardan savayı bütün əməliyyatlar – 1% cashack qazandırır. Partyorlardan isə 30%-dək cashack əldə etmək olur.
«Cashback» üzrə aylıq maksimal məbləğ 50 AZN təşkil edir.
«Kartmane Debet» – «Rabitəbank»
«Kartmane Debet» onlayn sifariş edilir, qiyməti 10 manat, müddəti 5 ildir.
«Kartmane Debet» 3 növ cashback təqdim edir: «Yaşıl», «Azercell» və «Miles».
«Yaşıl cashback» paketində kartla ödəniş və təmassız ödəniş zamanı cashback faizləri fərqlidir.
Kartla ödəniş zamanı qazanılan cashback faizi:
YDM 0,5%, Market, restoran, geyim, aptek və digər 1,%, Sığorta 1,5%, Elektronika mağazaları, zoo mağazaları, taksi, çatdırılma 2%, Kitab mağazaları, ictimai nəqliyyat, qatar, Bərbər/Gözəllik salonları/SPA 5%, Kinoteatrlar 10% .
«Apple Pay» və «Google Pay»la ödəniş zamanı qazanılan cashback:
Aptek 1%, Sığorta, digər 1,5%, Market, restoran, geyim, elektronika mağazaları 3%, YDM, kitab mağazaları, ictimai nəqliyyat, qatar, Bərbər/Gözəllik salonları/SPA, zoo mağazaları, taksi, çatdırılma 5%, Kinoteatrlar 10%
Aylıq hər bir kateqoriya üzrə maksimum 30AZN qazanmaq olar. Sığorta və digər kateqoriyası üzrə limit yoxdur. Maksimum isə ay ərzində ümumilikdə 200 AZN cashback qazanmaq mümkündür.
Bundan əlavə «Azercell cashback» paketi ilə ballar qazanaraq onlu danışıq dəqiqəsi və internet paketinə dəyişmək olur. 50AZN nağdsız ödənişlə 25 dəqiqə, 100AZN - 50 dəqiqə, 250AZN - 125 dəqiqə, 500AZN - 250 dəqiqə danışıq qazandırır. Eyni zamanda 100AZN ödəniş 1GB, 300AZN ödəniş 3GB, 600AZN ödəniş 7GB internet qazandırır.
«Miles cashback» variantında ölkədaxili ödənişlərdə kateqoriyalara görə qazanılan millərin həcmi fərqlidir. Ay ərzində maksimum 25 000 mil qazanmaq olar.
Partnyorlardan isə 40%-dək cashback əldə etmək mümkündür.
«ATB card» – «Azər-Türk Bank»
Dövlət bankı olan Azər-Türk bankın təklif etdiyi kart pulsuzdur və müddəti 5 ildir. Kartı oline sifariş edərək əldə etmək mümkündür.
Müştəri kart vasitəsilə yanacaqdoldurma məntəqələrində, online alış-veriş zamanı, səhiyyə ödənişləri və digər ödənişlərdən 1%, elektronika mağazaların, kafe və restoranlar üzrə ödənişlərdən 2%, geyim və aksesuar üzrə ödənişlərdən 1,5%, market ödənişləri üzrə 0,5%, təhsil xidmətləri üzrə ödənişlərdən 3% cashback qazana bilər. Partnyor şəbəkəsində isə 30%-dək keşbek əldə etmək mümkündür. Ay ərzində maximum 200 AZN dəyərində cashback qazanmaq olar.
«Bolkart debet» – «Bank of Baku»
«Bank of Baku»nun təqdim etdiyi «Bolkart debet» pulsuzdur və müddəti 3 ildir. Kartı oline sifariş etmək mümkündür.
Kart vasitəsilə müştərilər marketlərdə, restoranlarda və YDM-də edilən ödəmələrdən 5% cashback qazana bilərlər yerdə qalan digər ödənişlər isə 0,5% cashback qazandırır.
Aşağıdakı partnyorlarda isə ödəniş edən Bolkart sahibləri daha yüksək faizlərlər cashback əldə edə bilər :
№ |
Partnyor |
Cashback faizi |
1 |
AZPETROL |
7% |
2 |
BRAVO |
7% |
3 |
Baku Electronics |
7% |
4 |
KFC |
10% |
5 |
McDonalds |
7% |
6 |
Trendyol |
0.5% |
7 |
Viva |
10% |
8 |
Simit sarayı |
10% |
9 |
Pizza Hut |
15% |
Digər partnyorlarda əldə edilən cashback isə 25%-dək müəyyən edilib.
Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər.
«Yelo Light» – «Yelo Bank»
«Yelo Light» kartını onlayn sifarişlə 15 AZN-ə alıb 5 il istifadə etmək olar.
Kart öz müştərilərinə marketlərdə, geyim mağazalarında, YDM-də, kafe və restoranlarda, elektronika mağazalarında və apteklərdə edilən ödənişlər üzərindən 5% cashback qazandırır. Hər bir kateqoriyadan əldə olunan cashback maksimum olaraq 20 AZN-dir, yalnız YDM üçün maksimal limit 10 AZN təyin olunub. Seçilən kateqoriyaların maksimal limitindən asılı olaraq ayda cəmi 50 AZN-dan 60 AZN-ə qədər cashback əldə edilə bilər.
Partnyorlarla əməliyyatlarda isə «Yelo Light» 30%-dək cashback qazandırır.
«Visa Neo Standard» – Bank Respublika
«Bank Respublika»nın təqdim etdiyi «Visa Neo Standard»ı online sifariş etməklə 20 AZN-ə alıb 3 il istifadə etmək olar.
Kart vasitəsilə müştərilər hər yerdə 1% və partnyorlarda isə 55% qədər cashback əldə edə bilərlər. Seçilmiş kateqoriyalar isə daha yüksək cashback qazandırır. Belə ki, marketlər və YDM-də 5%-dək, geyim mağazaları və kafe restoranlarda 4%-dək cashback əldə etmək olar.
Ay ərzində maksimal 300 AZN cashback qazanmaq mümkündür.
«Birbank Cashback» (Debet) – Kapital Bank
«Kapital Bank»ın təqdim etdiyi «Birbank Cashback» (Debet) kartı pulsuzdur və müddəti 3 ildir. Kartı oline sifariş etmək mümkündür.
«Birbank Cashback»da cashback imkanları müxtəlifdir. Belə ki, müştərilər hər ay müxtəlif kateqoriyalar üzrə yüksək faizli cashback əldə edə bilirər, bu kateqoriyalar hər ay dəyişir.
Cari ay (iyun,2024) üzrə cashback kateqoriyaları belədir:
Bütün ödənişlər; Marketlər; YDM; Restoran; Hotellər - 4%; Aviabiletlər - 4%; Birbank-da telefon, internet, kommunal və TV ödənişləri - 2%; Birbank-la m10 QR-nı çək və ödə! - 3%; Uber AZ və Yango - 8%; Buta və Aloe aptekləri - 4%; Coffeemania restoranları -10%; Şassi mağazaları və avtoservis - 5%; Ad gününə özəl: Restoran - 7%; Ad gününə özəl: Şirniyyat və qənnadı - 7%.
Birbank Cashback debet kartı üçün bank tərəfindən aylıq keşbek limiti 100 AZN.