Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-3000 MANAT- VAKANSİYA
"AccessBank" işçilər axtarır - VAKANSİYALAR
"Boranı " restoranlar şəbəkəsi işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"Bakcell" işçi axtarır - VAKANSİYA
Şirkət işçi axtarır - MAAŞ 1500-1700 MANAT- VAKANSİYA
"PepsiCo" işçi axtarır - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"RNKinsurance Services" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"Baku Electronics" işçilər yığır - VAKANSİYALAR
Aztelekom
Brend və Reklam İşi üzrə Aparıcı Mütəxəssis
Son tarix 31 avq 2023 Müraciət et
Təsvir:
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
- Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək;
- OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək;
- Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili arzuolunandır;
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları;
Komplayens üzrə Kiçik Mütəxəssis
Son tarix 31 avq 2023 Müraciət et
Təsvir:
- Şirkətdaxili komplayens proqramı üzrə tədbirlərin həyata keçirilməsinə dəstək göstərilməsi;
- Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) komplayens tələblərinə uyğunluğu baxımından ekspertizasını həyata keçirmək;
- Şirkət daxilində “Maraqların toqquşması” hallarına nəzarət etmək;
- Xüsusi komplayens indikatorlarına nəzarət etmək;
- Etik davranış qaydalarının tətbiqinə nəzarət etmək;
- Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
- Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək;
- İnsidentlərin idarə edilməsi mexanizminin tətbiqinə dəstək göstərmək;
- Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
- Komplayens sahəsində daxili normativ sənədlərin işlənib hazırlanması və aktual saxlanılması prosesinə dəstək göstərmək;
- Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Komplayens sahəsində karyera qurmaq yönümündə motivasiya;
- Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
- Operativ və düzgün qərar vermə qabiliyyəti;
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili yaxşı; rus dili (arzuolunan).
Səyyar Satış üzrə Mütəxəssis
Son tarix 31 avq 2023 Müraciət et
Təsvir:
- Mövcud və potensial müştərilərə şirkətin məhsul və xidmətləri barədə məlumat vermək
- Ərazilərdə promo materialları təqdim etməklə door to door satış metodu ilə məhsul və xidmətlərin satışını icra etmək
- Müştərilərlə müqavilələrin bağlanması və icrası üçün aidiyyatı şöbəyə yönləndirmək
- Bazarda mövcud olan yeni məhsul və xidmətlər haqqında mütəmadi olaraq məlumatlar toplamaq
- Gündəlik plan üzrə ərazilərdə satışı həyata keçirmək
- Qoyulmuş hədəf və satış planına çatmaq
- Cavabdeh olduğu ərazilər üzrə müvafiq hesabatlar hazırlamaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Tələblər:
Qeyd: Mərdəkan və Lökbatan ərazisində yaşayan namizədlərə üstünlük verilir.
- Orta və ya ali təhsil
- Satış sahəsində təcrübə (ən azı 6 ay)
- Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı
- Stressə davamlı olmalı
- Müştəriyönümlülük, yüksək müştəri xidməti bacarığı