Son 8 ildə Azərbaycan vətəndaşları Türkiyədə 9 minə yaxın mənzil alıb.
Türkiyədə ən çox hansı ölkə vətəndaşları ev alır? - SİYAHI
Türkiyədə bir ildə 3,5 milyon əmlak satılıb – ŞƏHƏRLƏR, SİYAHI
FED.az Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, 2015-ci ildən etibarən azərbaycanlılar mütəmadi olaraq qardaş ölkədən ən çox əmlak alanlar arasındadırlar.
Zəlzələdə dağılan binanın podratçısı Türkiyədən qaçarkən saxlanıldı - VİDEO
Qeyd edək ki, 2012-ci ildə Türkiyə hökuməti xaricilərin ölkədə əmlak alması ilə bağlı tarixi qərərlar qəbul edib və Türkiyənin əmlak bazarı xarici vətəndaşların üzünə açılıb.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
Nəticədə 2013-cü ildən başlayaraq bu ölkədə xaricilərin aldığı əmlakların sayı sürətlə artıb və 2022-ci ildə rekord vurub.
Belə ki, 2013-cü ildə xaricilərə 12 181ədəd, 2014-də 18 959 ədəd, 2015-ci ildə 22 830 ədəd, 2016-cı ildə 18 189 ədəd, 2017-ci ildə 22 234 ədəd, 2018-ci ildə 39 663 ədəd, 2019-cu ildə 45 483 ədəd, 2020-ci ildə 40 812 ədəd, 2021-ci ildə 58 576 ədəd, 2022-ci ildə isə 67 490 ədəd daşınmaz əmlak satılıb.
Başqa sözlə, son 10 ildə Türkiyədə xaricilərə 346 min 417 ədəd əmlak satılıb.
Azərbaycan vətəndaşları bu sırada ən böyük alıcı olmaksalar da həmişə ilk 10-luqdadır.
FED.az xəbər verir ki, son 8 ildə – 2015-2022-ci illərdə Azərbaycan vətəndaşları Türkiyədən 9 minə yaxın əmlak alıblar.
Azərbaycanlalır 2015-ci ildə Türkiyədən 815 ədəd, 2016-cı ildə 610 ədəd, 2017-ci ildə 942 ədəd, 2018-ci ildə 1250 ədəd , 2019-cu ildə 1191 ədəd, 2020-ci ildə 1279 ədəd, 2021-ci ildə 1517 ədəd, 2022-ci ildə 1330 ədəd əmlak alıblar.
Göründüyü kimi, azərbaycanlıların Türkiyədən ən çox əmlak aldığı dövr 2021-ci il olub – 1517 ədəd.
Türkiyədə baş verən ağır zəlzələ ağır və dağıntılarla müşayiət olundu. Amma bu zəlzələdə xaricilərin aldığı əmlakların zərər görməsi ehtimalı və ya zərər görəcək əmlakların sayı azdır.
Belə ki, xarici vətəndaşlar bir qayda olaraq Türkiyənin daha çox İstanbul, Ankara, Antalya, İzmir ərazilərnindən əmlak alıblar. Xaricilərə satılan əmlakların böyük hissəsi oradadır.
Bununla yanaşı, zəlzələ və onun dağıntıları xaricilərin Türkiyədəki əmlaklarıilə bağlı narahatlıq və tikintinin keyfiyyəti ilə bağlı şübhələr yaradacaq. Bu səbəbdən qarşıdakı aylarda xaricilərin Türkiyədə əmlak alışının zəifləyəcəyi, üstünlüyün isə yalnız yüksək standartlarla və tanınmış şirkətlər tərəfindən inşa edilən komplekslərə veriləcəyi gözlənilir.