Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı xaricə qaçmaq istəyib.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, podratçı Mehmet Yaşar Coşqun İstanbul Hava Limanından Monteneqroya qaçarkən saxlanılıb.
Üzərində götürdüyü xeyli pul ilə ələ keçirilən şübhəli Coşkun İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.
Şübhəlinin istintaqı davam etdirilir.