Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq şəffaflıq göstəricilərinə əməl edirlər.
Eləcə də bax: Vergidən büdcəyə daxilolmalar - 90% ARTIB
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
O, bu istiqamətdə çağırışların fayda verməsinin müsbət hal olduğunu vurğulayıb:
"Bu cür forumların hesabına biznes nümayəndələri faydalanırlar. Artıq dövriyyələrin ağarmasında bunu görürük. Büdcə daxilolmaları 94% səviyyəsində vergi ödəyicilərinin özlərinin bəyan etdiyi ödəmələr hesabına təmin edilib. Bu, əvvəlki illərlə müqayisədə kifayət qədər müsbət dinamikadır. Belə hal sahibkarların şəffaflığa və investisiya qoyuluşlarına meyil etdiyini göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərə verilən geniş təşviqlər, şərait yaradır ki, iş adamları investisiyanı ölkəyə yatırmaqla proseslərdən faydalansınlar". (Report)