2022-ci ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858.7 min manat vergi daxil olub.
Eləcə də bax: "Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlara 10 il güzəşt ediləcək"
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1% və ya 6.6 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211.5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8% və ya 1.6 milyard manat çoxdur.