Türkiyədə dağıdıcı zəlzələlər nəticəsində ağırlaşan büdcə kəsirinin bir hissəsini kompensasiya etmək üçün yerli banklar və şirkətlər üçün vergiləri artırmağı planlaşdırılır.
Türkiyədə inflyasiya gözləniləndən daha çox azalmaqla - 38.21%-Ə DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.
Hakim AK Partiyasının təqdim etdiyi qanun layihəsində korporativ vergi dərəcəsinin 20%-dən 25%-ə qaldırılması təklif edilir. Layihəyə əsasən, banklar, sığortaçılar, brokerlər, pensiya firmaları və elektron ödəniş şirkətləri üçün korporativ vergi dərəcəsi 25%-dən 30%-ə qaldırılacaq.
Ölkə rəhbərliyi may ayında keçiriləcək seçkilər ərəfəsində maliyyə xərclərini artırdı, maaşları artırdı və milyonlarla insana erkən pensiya təklif edilmişdi. Bildirilir ki, fevral ayının 6-da baş vermiş dağıdıcı zəlzələ də iqtisadiyyata əlavə milyardlarla zərər vurub.
Qanun layihəsi həm də hökumətə bu il üçün xalis borclanma limitini üç dəfə artırmağa imkan verəcək ki, bu da hökumətin həm yerli, həm də sərt valyutalarda borclanması və borclara xidmət göstərilməsi arasındakı fərqə istinad edəcək. Əvvəllər hökumət limiti ildə iki dəfə 5% azalda və ya artıra bilərdi.