Türkiyədə illik istehlak qiymətləri indeksi gözləniləndən daha çox azalıb.
Türkiyədəki inflyasiyanın Azərbaycana mənfi təsiri olacaqmı? - NAZİR AÇIQLADI
FED.az biznes və maliyyə xəbərlləri portalı Banker.az-a istinadən xəbər verir ki, ölkədə may üzrə qeydə alınan orta illik inflyasiya 39.59% təşkil etdiyi halda iyun ayında bu rəqəm 38.21%-ə düşüb.
İqtisadçılar isə iyunda Türkiyədə illik inflyasiyanın 39.47% olacağını proqnoz edirdilər.
Aylıq inflyasiya isə 3.92% olub və bu gözlənilən 4.84%-lik proqnozdan azdır.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında 85.51%-ə qədər yüksəlmişdi.