Sığorta agenti kimi fəaliyyətini Şuşa şəhərində davam etdirən şəxsə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergiödəyiciləri üçün Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər şamil olunacaqmı?
Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin - REZİDENTİ SAYILMIR?
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.
Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 226.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin XIX fəslində müəyyən edilən işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən şəxslərə şamil edilmir.
Qeyd olunanlara əsasən, sığorta agenti maliyyə xidmətlərinə aid olduğundan, bu fəaliyyətlə məşğul olan vergiödəyicilərinə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil olunmur.