Azərbaycanda ticarət, xidmət və ictimai iaşə (restoran kafe) məntəqələrində ödəniş edərkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası açıqlanıb. FED.az xatırladır ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib. Başqa sözlə, yanacaq istisna olmaqla, digər məhsulları və ya xidmətləri alanda ödənişi nağd etdikdə ƏDV-nin 10%-i, kartla etdikdə isə 15%-i vətəndaşın özünə qaytarılır. Bunun üçün aşağıdakı addımlar atılmalıdır.
Restoran sahiblərinə pis xəbər - ARA MƏSAFƏSİ TƏLƏBİ – AÇIQLANDI
Alış-veriş
Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.
Qeydiyyat və Giriş
Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu, doğum tarixi və mobil nömrə daxil edərək qeydiyyatdan keçin (edvgerial.az/az)
Çekin daxil edilməsi
Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin.
ƏDV-nin geri qaytarılması
Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.
Məsələn, 140,7 manat ödəniş edilibsə, o məbləğin 21,46 manatı ƏDV-dir. Vətəndaş lazımi qaydada keyfiyyətdən keçibsə, nağd ödəniş olduğu halda 2,15 manat, kartla ödəniş olduğu halda isə 3,22 manat vəsaiti geri alacaq.
Bunu daha asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz.
Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni sistemə daxil etməlisiz. Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.
ƏDV-nin qaytarılması proseduru
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür.
Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.
Qeyd edək ki, çekləri BirBank ilə də oxutmaq mümkündür.