Banner

Turizm

Restoran sahiblərinə pis xəbər - ARA MƏSAFƏSİ TƏLƏBİ – AÇIQLANDI

Restoran sahiblərinə pis xəbər - ARA MƏSAFƏSİ TƏLƏBİ – AÇIQLANDI | FED.az
23:01 2 May 2020

Azərbaycanda koronavirusa qarşı profilaktika tədbirləri çərçivəsində restoran və kafelərdə tətbiq ediləcək qaydalar açıqlanıb. 

FED.az xəbər verir ki, bu Səhiyyə Nazirliyinin təsdiqlədiyi «İctimai iaşə müəssisələrində koronavirus infeksiyasinin (covid-19) profilaktikasina dair metodiki göstərişlər»də əksini tapıb. 

Sənədə əsasən, restoranlarda ənənəvi gigiyenik tələblərlə yanaşı. Bəzi yeniliklər nəzərdə tutulub. Belə ki, restoranlarda müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməsi üçün həmin qaydalar barədə məlumat vərəqələri çap edilib müvafiq sahələrdə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdiriləcək. Restoranda təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin ediləcək. 

Restoranda daimi axar isti və soyuq su təchizatı olmalı, eləcə də, təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi təmin edilməlidir. 
Restoranda birdəfəlik istifadə üçün salfetlər, tibbi maskalar və əlcəklər olmalıdır. İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalıdır. 
Əsas tələb  - yemək zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmamalıdır.
Restoranlarla bağlı tələblər Nazirliyin digər sənədində də əksini tapıb. Tələblərə əsasən. 10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. 

Qeyd edək ki, açıqlanan bu tələblər restoranlar üçün müəyyən çətinliyə səbəb olacaq, daha dəqiqi, onların müştəri qəbul etmə imkanlarına mənfi təsir edəcək. 
Məsələ bundadır ki, hazırda Bakı restoranlarında masalar arasında ara məsafəsi 2 metrdən xeyli azdır. Bəzi restoranlarda bu məsafə 1-1.5 metr arasında dəyişir. Nəticədə yeni qaydaların tətbiqi bu restoranlarda masalaran bir-birindən daha da uzaqlaşmasına və eyni zalda daha az müştərinin toplanmasına səbəb olacaq. 
Digər tərəfdən, oturacaqlar arasında məsafənin 1 metr olması tələbi masanın ölçülərinin böməsinə səbəb olmalıdır ki, bu da son nticədə restoranda müştəri sıxlığını azaldacaq. 

Başqa sözlə, indiyədək mövcud olan restoranlarda müştəri sayını (eyni anda qidalanan müştəriləri) vəziyyətdən asılı olaraq 20-50% azalda bilər. 

İCTİMAİ İAŞƏ MÜƏSSİSƏLƏRİNDƏ KORONAVİRUS İNFEKSİYASININ (COVID-19) PROFİLAKTİKASINA DAİR METODİKİ GÖSTƏRİŞLƏR

Digər xəbərlər

Banner