Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.
London məhkəməsi 10 milyon funtu Feyziyevlər ailəsinə qaytarıb - MƏHKƏMƏ QƏRARI
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında da öz əksini tapıb.
"Hafiz Məmmədov qalan borcunu bir həftəyə ödəmək öhdəliyi götürüb" - RƏSMİ AÇIQLAMA
Belə ki, şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.
Maraqlı məqam ondan ibarətdir ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:
“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”
Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.