Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar gələn il üçün 5675,6 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Həmin məbləğin 57,0 faizi və ya 3233,0 milyon manatı qeyri-neft sektorunun, 43,0 faizi və ya 2442,6 milyon manatı neft sektorunun payına düşür.
Qeyri-neft sektoru üzrə mənfəət vergisi cari ilin proqnozu ilə müqayisədə 279,9 milyon manat və ya 9,5 faiz çox nəzərdə tutulur.