2024-cü ildə sadələşdirilmiş vergi üzrə daxilolmalar 333,3 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da cari ilin proqnozu ilə müqayisədə 8,3 milyon manat və ya 2,6 faiz çoxdur.
2023-cü ilin proqnozu ilə müqayisədə fərqlər əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən (8 faiz dərəcə ilə) ödənilən vergi 33,6 faiz və ya 8,2 milyon manat, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üzrə
5,7 faiz və ya 3,2 milyon manat, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 8,9 faiz və ya 4,5 milyon manat çox proqnozlaşdırılması ilə əlaqədardır.