Azərbaycanda idxal-ixrac əməliyyatları asanlaşdırılacaq.
FED.az xəbər verir ki, bu məsələ Dövlət Gömrük Komitəsində (DGK) keçirilən onlayn iclasda müzakirə edilib.
Fermerlər kredit və gömrük güzəştləri və su istəyirlər – TOPLANTI
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, iclas biznes mühitinin yaxşılaşdırılması və ölkənin beynəlxalq reytinqinin artırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoruna həsr olunub.
Azərbaycanda avtodilerlər hökumətdən – 3 AYLIQ GÜZƏŞT İSTƏYİR
İclasda Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, DGK sədrinin müavini Cavad Qasımov və müvafiq idarələrin rəisləri iştirak ediblər. İ.Hüseynov bildirib ki, koronavirusa görə, ölkənin sərhədlərində sərnişinlərin və minik avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Gömrük əməkdaşları da gücləndirilmiş rejimdə işləyirlər.
Gömrük rüsumları, kreditlər, icarə haqları… - BİZNESƏ DƏSTƏK TƏKLİFLƏRİ AÇIQLANDI
“Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən bəhs edən İ.Hüseynov "Yaşıl dəhliz" buraxılış sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, aşağı risk qrupu və sadələşdirilmiş buraxılış qaydalarına əsasən, ixrac və idxal üzrə sərhəd-keçid vaxtının azaldılması həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət imkanı yaradacaq.
İclasda idxal-ixrac əməliyyatlarında sənədləşmə xərclərinin və vaxtın optimallaşdırılması üçün müvafiq işlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Təklif edilb ki, sahibkarlara qanunvericilik və inzibatçılıq qaydaları barədə treninqlər keçilsin.
İclasda gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması üçün görülən işlər barədə müzakirələr aparılıb. Ən əsas tədbirlərdən biri - broker xidmətləri xərclərinin optimallaşmasına (aşağı salınmasına) da toxunulub. Tapşırıq verilib ki, bununla bağlı gömrük brokerləri ilə danışıqlar aparılsın.