Banner

Avto

Azərbaycanda avtodilerlər hökumətdən – 3 AYLIQ GÜZƏŞT İSTƏYİR

Azərbaycanda avtodilerlər hökumətdən – 3 AYLIQ GÜZƏŞT İSTƏYİR | FED.az
08:52 23 Aprel 2020

Azərbaycaqnda fəaliyyət göstərən avtomobil dilerləri – avtomobil idxal edən şirkətlər və xarici avtomobil markalarının ölkəmizdəki təmsilçiləri, böhranla əlaqədar olaraq hökumətdən yeni güzəştlər istəyiblər. 

FED.az xəbər verir ki, bu təkliflər Avtomobil Dilerlərinin Assosiasiyasında səsləndirilib və artıq hökumətə göndərilib. 
Əsas təklif gömrük rüsumları və gömrük saxlancı barədədir. 

Dilerlər FED.az-a bildiriblər ki, hazırda əksər dilerlər ölkəyə gətirilən avtomobillər üçün gömrük rüsumu ödəməkdə çətinliklərlə üzləşiblər. Buna görə də onlar hökumətdən rüsum ödəməmək üçün 3 və ya 6 aylıq müddət istəyirlər: «Gömrük rüsumlarını ödəməklə bağlı çətinliklərimiz var, ona görə də, gömrük rüsumlarında güzəştin verilməsi çox lazımdır. Müəyyən vaxtlıq, məsələn 3 aylıq və ya 6 aylıq olarsa, bu yaxşı güzəşt olar». 

Təklif ondan ibarətdir ki, ölkəyə gətirilən avtomobillərin gömrük rüsumu hesablanır, amma 3-6 aü müddətində ödənilmir. Amma bu müddət ərzində avtomobil satılarsa, rüsum dərhal ödənilsin: «Avtomobil gəlir qeydiyyata düşür, 3 ay ərzində rüsum ödənilmir. Əgər maşın, məsələn, 10 günə satılsa, elə satıldığı gün rəsmiləşir və rüsum da ödənilir. 

Qeyd edək ki, avtomobil dilerlərinin hökumətdən gözlədikləri başqa güzəştlər də var. Bunlardan biri Azərbaycanda avtomobil krediti ilə bağlı şərtlərin sadələşdirilməsidir. Belə ki, bir qədər əvvəl tətbiq edilən yeni tələblərə əsasən, banklar avtomobil krediti ayırarkən, təzə avtomobillərin qiymətinin maksimum 50%-i, köhnə avtomobillərin isə yalnız 20%-i qədər kredit ayıra bilərlər. Bu şərtlər çox ağır olduğu üçün avtomobil kreditləri və avtomobil satışlarını kəskin azaldıb.

Amma dilerlər, ölkədə ümumi çətinliyin olduğu bir dövrdə hələlik bu məsələni qaldırmağı üstün tutublar: «50 % ölkin ödəniş şərti ağır şərtdir, əlbəttə bu məsələ də həll olunsa, çox yaxşı olar və bununla bağlı hələ ötən bəzi təkliflər hazırlanıb. Amma ortaya pandemiyanın çıxdığı indiki durumda təklifi bir daha səsləndirmək uyğun görünmür, təklifin qəbul ediləcəyi də çətin görünür». 

Digər xəbərlər

Banner