Koronavirussun təsirini azaltmaq üçün biznesə dəstək təkliflərində gömrük rüsumlarının azaldılması, kreditlərdə güzəşt, icarə haqları və maaşların ödənilməsində iş adamlarına dəstək də nəzərdə tutuur.
FED.az xəbər verir ki, bu təklifləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Biznesə dəstək üçün yaradılan işçi quplardakı müzakirələr zamanı təqdim edib.
Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması daxildir.
Bundan başqa, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi də təkliəf edilir.
Təkliflərdə icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması – yəni bu vəsaitlərin dövlət tərəfirndən ödənilməsi təklif edilir.
Su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması da təkliflər arasındadır.
Maraqlı təkliflərdən biri də işəgötürənlərə və işçilərə dövlət dəstəyinin verilməsidir.