Vergi öhdəliklərinin müəyyən edilməsi üçün aylıq məlumatlar bank əməliyyatları aparan şəxslər tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək quruma təqdim edilməlidir.
Eləcə də bax: Vəzifəli şəxslərdən gəlir bəyannaməsi tələb edilməsi təklifinə - MÜNASİBƏT BİLDİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin aylıq məlumatları banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq quruma təqdim edilir.