“Vəzifəli şəxslərin gəlir bəyannaməsi ilə bağlı təkliflər biz tərəfdən ancaq müsbət qarşılana bilər”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, burada kapitalın amnistiyası məsələsi var: “Birinci olmadığı halda ikinci, yəni ümumi bəyannamə sisteminə keçid effektiv olmaya bilər. Eynilə ardıcıl olaraq gəlir bəyannaməsinin hansısa vəzifəli şəxslərə münasibətdə tətbiqinə başlanılması məsələsində də suallar var. Vəzifəli şəxslər öz mal-dövlətini qohum əqrəbasının adına keçirə bilər. Amma bütövlükdə ümumi gəlir bəyannaməsinə keçid Dövlət Vergi Xidməti tərəfindən dəstəklənir”,