Kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlaklar və torpaqlar əmlak və torpaq vergilərindən güzəştli azad ediləcək.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 29% artırılır
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, belə aktivlərin 2 il ərzində özgəninkiləşdiriləcəyi müddətdə əmlak və torpaq vergilərindən azad edilməsi təklif olunur. Bununla kredit təşkilatlarının sabit vergi xərcləri azaldılacaq.