2019-cu ildə Azərbaycanda daşınmaz əmlakın satışı və bağışlanmasından daxil olan vergilərin məbləği açıqlanıb.
Eləcə də bax: Azərbaycanda rekord sayda - MƏNZİL İSTİSMARA VERİLİB
Ədliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, ötən il daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə notariusun vergi agenti qismində tutduğu verginin məbləği 6,3% artaraq 53 milyon manat təşkil edib. Xatırladaq ki, ötən il Azərbaycanda 187,6 min daşınmaz əmlak alınıb-satılıb və ya bağışlanıb.