2019-cu ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 8 milyon 747,3 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,9 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycanda mənzillərin qiyməti artıb - ARAŞDIRMA
FED,az xəbər verir ki, bu barədə “Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu ilin dekabr ayında 2 milyon 411,2 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Bütövlükdə, Azərbaycanda müstəqillik dövrü ərzində 2019-cu ildə istismara verilən mənzillərin ümumi sahəsində rekord həcm qeyd ounur. 1992-ci ildən etibarən istismara verilən mənzillərin ümumi sahəsi illik 3 milyon kvadratmetri ötmürdü. Ötən il ərzində istismara verilən mənzillərin bu cür artımı Azərbaycan prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanının icrası ilə əlaqədardır. Fərmana əssaən, Fövqəladə Hallar Nazirliyi 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etmək tapşırılıb.
Statistik məlumatlara görə, 2019-cu il ərzində mənzil tikintisinə 1 milyard 358,3 mln. manat (azalma 4,8%) məbləğində investisiya qoyulub.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.
İnterfaks