“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinin bir sıra maddələrində dəyişikliklər olunub. Həmin dəyişikliklərlə əlaqədar aksiz bəyannaməsinə, onun əlavələrinin formalarına və tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq olunub.
268 min manatlıq siqaretlər aşkar edilib, 3 nəfər həbs edilib - FOTOLAR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) müvafiq əmrilə “Aksiz bəyannaməsi”nın forması və “Aksiz bəyannaməsinin tərtib edilməsi Qaydası”, “Aksiz bəyannaməsinə Əlavə № 2”nin forması və “Aksiz bəyannaməsinə Əlavə № 2-nin tərtib edilməsi Qaydası”, “Aksiz bəyannaməsinə Əlavə № 3”ün forması və “Aksiz bəyannaməsinə Əlavə № 3-ün tərtib edilməsi Qaydası”, “Aksiz bəyannaməsinə Əlavə № 4”ün forması və “Aksiz bəyannaməsinə Əlavə № 4-ün tərtib edilməsi Qaydası” DVX-nin rəsmi internet səhifəsinə yerləşdirilib.
Yeni bəyannamə formaları ilə DVX-nin rəsmi internet səhifəsinin müvafiq bölməsinə keçid etməklə tanış olmaq mümkündür.