2023-cü il yanvarın 1-nə Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 356,7 milyon manat məbləğində (2021-ci ilin sonuna 1 milyard 896,6 milyon manat) qiymətləndirilir, 2022-ci il ərzində artım 24,2% təşkil edib.
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı sual-cavab kitabçası - TƏQDİM OLUNUB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
2023-cü il yanvarın 1-nə əsas vergi borcunun məbləği 1 milyard 506,5 milyon manat, maliyyə sanksiyaları 223,7 milyon manat, cərimələr 626,5 milyon manat təşkil edib.
Bütövlükdə 92,5 min vergi ödəyicisinin vergi borcu var.
Hökumətin məlumatına görə, 1 yanvar 2023-cü il tarixinə vergi ödəyicilərinin məcburi sosial sığorta ayırmaları üzrə borcu 213,3 milyon manat (2022-ci ildə artım 6,8%), işsizlikdən icbari sığorta ayırmaları üzrə borcu 3,6 milyon manat (+44%), icbari tibbi sığorta ayırmaları üzrə borcu 12 milyon manat (+2 dəfə) məbləğində qiymətləndirilir. (İnterfaks-Azərbaycan)