“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanunu Azərbaycan Republikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci ildə təsdiq edilib.
Vergi Məcəlləsində dəyişikliklər ilə bağlı flayerlər hazırlanıb və internetdə yerləşdirilib
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyicilərinin dəyişiklikləri daha rahat mənimsəməsi üçün praktiki sorğular əsasında müvafiq sual-cavab kitabçası hazırlanıb.
Kitabça ilə bu link vasitəsilə tanış olmaq mümkündür (“Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda (2023)” altbölməsində):