Şuşada işləmək üçün işçilər axtarılır - MAAŞ 2780-2970 MANAT - VAKANSİYALAR
"A - Group Insurance Company" işçi axtarır - VAKANSİYA
"Unibank" işçilər axtarır - VAKANSİYALAR
"Rabitabank" işçi axtarır - VAKANSİYA
"İntelfinans" MMC işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanda neft-qaz şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
"Ram Holding" işçilər axtarır - MAAŞ 550-640-700-1000-1200-1400-1500-1700 MANAT - VAKANSİYALAR
"Prior Leasing" işçilər axtarır - MAAŞ 970-1100 MANAT - VAKANSİYALAR
"OMİD" mağazalar şəbəkəsi işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini
Son tarix 19 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Qurumun fəaliyyət istiqamətləri üzrə xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə iştirak etmək, yazışmaları aparmaq, tərcümələr etmək;
- Xarici ölkə nümayəndələrinin səfərlərini təşkil etmək və onları müşahidə etmək;
- Beynəlxalq və yerli tədbirləri təşkil etmək;
- Layihələrin büdcəsini tərtib etmək;
- Layihənin planını hazırlamaq və plan uyğun tətbiq etmək
- Xarici ölkələrlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;
Vəzifəyə dair tələblər:
- Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil
- İş stajı minimum- 3 il
- Kompüter bilikləri : MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s.
- Rus dili-əla.;İngilis dili-əla . (digər dilləri bilməsi də üstünlük verilir);
- Yüksək ünsiyyət bacarığı;
- Müxtəlif yerli və beynəlxalq tədbirlərdə təşkilatı işlərdə çalışmış;
- Müxətlif qurumlarla əlaqələr qurmalı;
- İdarəetmədə təcrübəsi
Əmək haqqı: 2970 AZN (Net)
Smeta mühəndisi
Son tarix 19 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
Vəzifəyə dair tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD, proqramını yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı : 2780 AZN