Şuşada işləmək üçün işçilər axtarılır - MAAŞ 2780-2970 MANAT - VAKANSİYALAR
"A - Group Insurance Company" işçi axtarır - VAKANSİYA
"Unibank" işçilər axtarır - VAKANSİYALAR
"Rabitabank" işçi axtarır - VAKANSİYA
"İntelfinans" MMC işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanda neft-qaz şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
"Ram Holding" işçilər axtarır - MAAŞ 550-640-700-1000-1200-1400-1500-1700 MANAT - VAKANSİYALAR
"Prior Leasing" işçilər axtarır - MAAŞ 970-1100 MANAT - VAKANSİYALAR
"OMİD" mağazalar şəbəkəsi işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Aztelekom
Korporativ hüquqi tənzimləmə şöbəsinin aparıcı hüquqşünası
Son tarix 01 iyl 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
- Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
- İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili olmalı;
- Korporativ hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı;
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Aparıcı hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 30.06.2023.
Business Intelligence Specialist
Son tarix 19 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis fəaliyyətini Marketinqin idarəedilməsi prosesi eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Məlumatların təhlil edilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirak edilməsi;
- Rəhbərliklə birgə satış planının hazırlanmasında iştirak etmək və məlumatların satış komandalarına ötürülməsi;
- Strateji və kommersiya planlaşdırmalarında iştirak edilməsi;
- Kommersiya planı üzrə reportun hazırlanması və analitikasının aparılması;
- Dövri hesabat infrastrukturunun yaradılması, icrası, saxlanılması və təkmilləşdirilməsi;
- Abunəçidən əldə olunan gəlir, istifadə və ARPU (İstifadəçi başına orta gəlir) baxımından hər bir kompaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi;
- Hesabatların keyfiyyətinin yüksəldilməsi, yeni təqdimat formatlarının və ümumi hesabatların avtomatlaşdırılması üçün həllərin hazırlanması;
- Şirkətin ümumi nailiyyətləri haqqında həftəlik/aylıq yeniliklərin təmin edilməsi;
- Departamentin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərilməsi;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər və bacarıqlar:
Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə alınan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
- İqtisadiyyat, İnformatika, Maliyyə, Statistika, Menecment, Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
- Telekommunikasiya, FMCG və maliyyə sektorlarında hesabatların təhlili və proqnozlaşdırılması üzrə 1 illik təcrübə;
- Real iş mühitində tətbiq edilmiş analitik düşüncə bacarığı
- SQL və R üzrə peşəkar işləmə bacarığı, Python üzrə biliklər arzuolunandır
- Verilənlər bazası ilə işləmək bacarığı
- Power BI və Excel üzrə peşəkar işləmə bacarığı
- Yüksək təqdimat və prezentasiya hazırlama bacarığı (Power Point üzrə)
- Azərbaycan və ingilis dillərini bilməlidir, rus dili arzuolunandı;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
- Müasir Telekommunikasiya trendlərini bilməlidir;
- Nəticə yönümlü olmalıdır;
- Stress və gərgin iş şəraitinda çalışma bacarıqlarına malik olmalıdır;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin təhlili və bazar araşdırılması üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.