Şuşada işləmək üçün işçilər axtarılır - MAAŞ 2780-2970 MANAT - VAKANSİYALAR
"A - Group Insurance Company" işçi axtarır - VAKANSİYA
"Unibank" işçilər axtarır - VAKANSİYALAR
"Rabitabank" işçi axtarır - VAKANSİYA
"İntelfinans" MMC işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanda neft-qaz şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
"Ram Holding" işçilər axtarır - MAAŞ 550-640-700-1000-1200-1400-1500-1700 MANAT - VAKANSİYALAR
"Prior Leasing" işçilər axtarır - MAAŞ 970-1100 MANAT - VAKANSİYALAR
"OMİD" mağazalar şəbəkəsi işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Ram Holding
Təchizat üzrə mütəxəssis
Son tarix 19 iyl 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadi sahədə üstünlükdür);
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili və ingilis dili bilikləri üstünlükdür;
- Kompüter bilikləri (MS Office);
- Satınalma sahəsində hər-hansı sertifikatının olması üstünlükdür;
- Bazar araşdırması bacarığı.
Vəzifə öhdəlikləri:
- Daxil olan sifarışlərə əsasən daxili bazarı araşdırır;
- Daxil olan sifarşləri qiymətləndirir, sifarişçi ilə dəqiqləşdirir, əldə edilən məlumatı Şöbə Rəhbərinə təqdim edir;
- Tender təkliflərinin hazırlanması məqsədi ilə Texniki Şöbədən daxil olan sorğulara əsasən qiymət ararşdırmasını aparır;
- İstehsalçılar/təchizatçılarla danışıqlar aparır, tələb olunan material resursları ən sərfəli şərtlərlə (keyfiyyət standartları, qiymət, çatdırılma şərtləri) alınması barədə razılıq əldə edir;
- Ayrılmış təhtəlhesablarla baglı hesabatların prosedura uygun aparılması;
- Kontragentlərlə baglı hesabatların daxili prosedura uygun olaraq aparılmasını təmin edir.
İş şərtlərimiz:
- Əmək haqqı: 1400-1700 AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Satınalma üzrə assistent
Son tarix 14 iyl 2023 - - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: Satınalma sahəsində təcrübə arzuolunandır;
- MS Office proqramları (Word, Excel) üzrə biliklər;
- 1C proqramı üzrə biliklər arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişləri üzrə bazar araşdırmasının aparılmasında dəstəyin göstərilməsi;
- Sifarişin spesifikasiyasının dəqiqləşdirilməsi;
- Baza kriteriyaları üzrə sifarişlərin qruplaşdırılması;
- Tədarükçülərlə müqavilələrin hazırlanmasında dəstəyin göstərilməsi;
- Sifarişlərin statuslarının qeyd olunması;
- Mütəxəssislərin nəzarəti altında 1C əməliyyatlarının icra edilməsi;
- Malların tədarükçüdən təhvil alınması və ofisə/anbara təhvil verilməsi;
- Ödənişlə bağlı müraciətlərin edilməsi və ödənişə nəzarət edilməsi;
- Kontragentlərlə ( Vendorlar ) bağlı hesabatların daxili prosedura uygun olaraq aparılması.
İş şərtlərimiz:
- Əmək haqqı: 554-637 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə assistent” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 12 iyl 2023 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri);
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Daxil olan işçi tələb formalarının təhlil edilməsi;
- Mövcud vakansiyalar üzrə iş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- Yeni əməkdaşların adaptasiya proseslərinə nəzarət edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200 AZN + Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
İşə Qəbul üzrə Kiçik Mütəxəssis
Son tarix 02 iyl 2023 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri);
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Daxil olan işçi tələb formalarının təhlil edilməsi;
- Mövcud vakansiyalar üzrə iş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
- İşə qəbul testlərinin həyata keçirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 700 AZN + Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Maliyyə Nəzarəti üzrə Mütəxəssis
Son tarix 30 iyn 2023 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit);
- Maliyyə Nəzarəti, Audit, Risklərin İdarə edilməsi, yaxud Hesabatlılıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- MS Excel bilikləri – yüksək səviyyədə;
- İngilis dili – İntermediate və üzəri;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- İllik yoxlama planına uyğun olaraq, Şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
- Proseslərin analizi, qiymətləndirilməsi və çatışmamazlıqların aşkar edilməsi;
- Hesabatların təhlili;
- Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
- Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;
- Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1000-1500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, “Neptun” marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə nəzarəti üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.