Azərbaycan şirkəti icraçı direktor axtarır - MAAŞ 4000-5000 MANAT- VAKANSİYA
SOCAR-da yaradılan yeni qurum işçi axtarır - VAKANSİYA
"Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 500-800-3000-4000 MAMAT - VAKANSİYALAR
"Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1000-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
"AccessBank" işçilər axtarır - VAKANSİYALAR
PASHA Bank
Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis
Son tarix 29 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Qeyri-işlək kreditlərin restrukturizasiyası və bərpası üzrə cavabdehlik; gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icrası;
- Problemli kreditlərlə iş üzrə metodologiya və proseduraların hazırlanması: erkən və sonrakı təqib (fərdi, KOS və CİB seqmentləri üzrə); problemli kreditlərin idarə olunması, restrukturizasiyası, problemli biznes kreditlərin bərpası;
- Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının icrası (fərdi, KOS və CİB seqmentləri üzrə);
- Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilən kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak; problemli kreditlərin bərpası yolunda restrukturizasiya planlarının hazırlanması və tətbiqində fəal iştirak;
- Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə); müştərilərin davranışlarına nəzarət və onların təhlili; problemli kreditlərin bərpası məqsədi ilə rəsmi bildirişlərin göndərilməsi;
- İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi;
- Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabat vermək (yığımla bağlı hesabat və s.);
- Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
- Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Xarici dil: ingilis dili (orta), rus dili (orta)
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Digər: güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları
Kredit Risk Anderrayteri (KOS)
Son tarix 28 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
- Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Digər:Təhlil, qərarvermə və ünsiyyət bacarıqları
- Lisenziya/ Sertifikat: ACCA (üstünlük verilir)
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
- Kompüter bilikləri: Microsoft Office
Kiçik Kredit Risk Anderrayteri (KİB)
Son tarix 28 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə korporativ və institusional bankçılıq şöbəsi üzrə potensial borc alanlarla bağlı kredit risklərinin təhlili;
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnməsi;
- Kreditlərin strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
- Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərarın verilməsi;
- Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa, bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmasının təmin edilməsi;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
- Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi üzrə səlahiyyət və cavabdehlik;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət; erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəyin verilməsi.;
- Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsinin hesablanması, eləcə də Kreditlərin strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəllərin yoxlanılması, nəzarəti və düzgün defolt dərəcəsinin təsdiq edilməsi;
- Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi;
- Bankın təşkilati risklərin idarəedilməsinə dair siyasətinə əməl edilməsi; iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Təcrübə: kredit, risk, maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili (səlis), rus dili (orta).
- Kompüter bilikləri: "Microsoft Office" proqramları.
- İqtisadi/bazar bilikləri: Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması.
- Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər üzrə biliklər; maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
- Üstünlük verilir: Risk menecment, ACCA, CFA üzrə sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Kart Sistemləri üzrə Baş Administrator
Son tarix 28 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Prosessinq sistemində və onunla əlaqəli digər proqram təminatlarında baş verən problemlərin analizi və həll edilməsi;
- Prosessinq vendoru ilə danışıqların aparılması;
- İşlə əlaqədar olaraq digər komandalarla əməkdaşlıq, problemlərin operativ və dəqiq həll edilməsi;
- Mövcud sistemlərin, həmçinin yeni yaradılacaq məhsullarının sxem və işləmə prinsiplərinin sənədləşdirilməsi;
- OS ilə əlaqəli inzibati tapşırıqların yerinə yetirilməsi;
- Testləşdirmə və sistem yeniliklərinin tətbiqi.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Minimum 3 il
- Xarici dil: İngilis
- Digər:
- Linuks əməliyyat sistemində əsas anlayışlar
- “SELECT” səviyyəsində SQL sorğulama dil bilikləri
- “VİSA” və “MASTERCARD” ödəmə sistemləri haqqında ümumi anlayış
- Güclü ünsiyyət problemləri həll etmə bacarığı
- Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti –
- JİRA ilə işləmə bacarığı
- İSO 8583 bilikləri
- EMV, İCC sahəsində biliklər
- Ödəniş xidmətləri üçün nəzrdə tutulmuş HSM-lərə işləmə
- ECOMM merchnatlarin qoshulmasi
- ACS/MPI/3DS
Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis
Son tarix 28 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s.) qanunvericiliyə uyğunluğunu tənzimləmək
- Biznes Proseslər toplusunun (BPU) idarə olunması və proseslərdə dəyişikliklərin koordinasiyası
- Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini
- Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərmək
- Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunun (BPU) birgə hazırlanması
- Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrində iştirak
- Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və sistemdə qeydiyatı
- Prosesin təhlil üçün tələb olunan məlumatların sistemə tam və düzgün qeydiyyatı
- Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması
- Proses uyğunsuzluqları halları və daxili tərəfdaşların sistematik səhvlər, proses mərhələləri və proses səmərəliliyi ilə bağlı şikayətlərinin araşdırılması
- Bankın proses portfelinin idarə olunması
- Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: Six Sigma Yellow Belt üzrə sertifikata üstünlük verilir
- Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
- Məhsul biliyi: tələb olunur
- Bazar biliyi: tələb olunur
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
İnsidentlərə monitorinq və Cavab / Kiçik Mütəxəssis
Son tarix 25 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
- İnsidentlərin mövcudluğunu yoxlamaq;
- Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
- Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
- İlkin tədqiqat aparmaq;
- Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
- Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
- İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
- İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
- İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
- Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
- Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
- Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
- Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi
- Lisenziya / Sertifikat: Arzuolunan- CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+
- Xarici dillər: İngilis(orta),Rus dili arzuolunan(orta)
- Kompüter bilikləri:
- Ümumi kibertəhlükəsizlik anlayışı
- Ümumi desktop OS və server OS biliyi
- Şəbəkə protokolları (i.e. TCP/IP);
- Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
- Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
- Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik
- Başqa tələblər:
- Güclü analitik və problemi həll etmə bacarıqları
- Təzyiq altında işləmək
- Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu
- Multi-tasking environment
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
- Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı