Azərbaycan şirkəti icraçı direktor axtarır - MAAŞ 4000-5000 MANAT- VAKANSİYA
SOCAR-da yaradılan yeni qurum işçi axtarır - VAKANSİYA
"Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 500-800-3000-4000 MAMAT - VAKANSİYALAR
"Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1000-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
"AccessBank" işçilər axtarır - VAKANSİYALAR
Access Bank
İT Texniki Dəstək Mütəxəssisi (Cash-in Terminallar üzrə)
Son tarix 29 apr 2023 - Müraciət et
Təsvir:
- Bankın Cash-in ödəniş terminallarına texniki dəstək göstərmək;
- Ödəniş terminalları üzrə yeniliklərin izlənilməsi, tətbiqi ilə bağlı prosesləri icra etmək;
- Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən müştərilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək;
- Diaqnostik üsulları və əlaqədar sualları istifadə edərək uzaqdan problemləri həll etmək;
- İKT xidmətləri haqqında dəqiq məlumat vermək;
- Sorğunun statusunun icrasını izləmək;
- İstifadəçilərdən daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək;
- Proseduraların inkişafına dair təkliflər irəli sürmək.
Tələblər:
- İstifadəçilərə texniki yardım rolunda və ya Cash-in ödəniş terminallarına texniki dəstək üzrə təcrübə;
- Ofis avtomatlaşdırma sistemlərlə, məlumat bazalarla təcrübə və uzaqdan idarəetmə bilikləri;
- Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı;
- İngilis, Azərbaycan və Rus dillərini bilməsi;
- Əla ünsiyyət bacarıqları;
- Müştəri-yönümlülük;
- İnformasiya texnologiyaları və ya əlaqəli sahədə Bakalavr dərəcəsi.
Hüquqşünas/Aparıcı Hüquqşünas
Son tarix 28 apr 2023 Müraciət et
Təsvir:
- Bankın fəaliyyəti üçün tələb olunan sənədlərinin (bank lisenziyası, fililalların icazəsi, bankın nizamnaməsi və ona dəyişikliklər və s.) reyestrini aparır;
- Sənədlərin leqallaşdırılması və apostil alınması ilə bağlı müraciətlər edir;
- Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı Mərkəzi Bank və Dövlət Vergi Xidmətində qeydiyyat işlərini aparır;
- Banka daxil olmuş müraciət, şikayət və sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edir;
- Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəy verir;
- Daxili korporativ akt, əmr, təlimat, qayda və prosedurların, habelə əsasnamələrin hazırlanmasında iştirak edir və, onların hüquqi ekspertizasını həyata keçirir;
- Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları qarşısında səlahiyyətləri çərçivəsində Bankı təmsil edir;
- Bankın əməkdaşları üçün qanunvericilik və mühazirələr üzrə təlimçi qismində çıxış edir;
- Bank ilə onun arasında imzalanmış əmək müqaviləsində, kommersiya rejiminin tətbiq edilməsi barədə razılaşmada, tam maddi məsuliyyət müqaviləsində və davranış kodeksində, habelə müvafiq struktur bölmələri tərəfindən qəbul edilmiş sənədlərdə müəyyən edilmiş digər öhdəliklərini yerinə yetirir.
Tələblər:
- Ali hüquq təhsili;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, normativ aktlarınının bilməsi və istiqamətləndirməsi;
- Səlis Azərbaycan dil biliyi, rus və ingilis dil bilikləri arzuolunandır;
- Yüksək ünsiyyət qurma və yazı bacarıqları;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi (Xaçmaz)
Son tarix 27 apr 2023 Müraciət et
Təsvir:
- Bankın kredit məhsullarının şərtlərini bilmək və onları potensial müştərilərə izah etmək;
- Birbaşa əlaqə yaratmaqla yeni müştəriləri cəlb etmək;
- Digər Bank məhsullarından xəbərdar olmaq və onları öz potensial müştərilərinə tövsiyyə etmək;
- Bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatları həyata keçirtmək (kredit ərizəsi, girovun qiymətləndirilməsi, biznesin maliyyə təhlili və s.);
- Monitorinq aparmaq və portfelin keyfiyyətinə nəzarət etmək;
- Bankın seminarlarında fəal iştirak etmək;
- Filialda Mikro və Aqro Müştərilər üzrə Menecer və Filial Müdiri tərəfindən qoyulan bütün tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyətqurma bacarığı;
Müştəri Xidmətləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis (Ağcabədi filialı)
Son tarix 27 apr 2023 - Müraciət et
Təsvir:
- Bankın məhsulları haqqında müştərilərin məlumatlandırılması;
- Bankın istehlak kreditləri üzrə müştəri bazasının formalaşdırılması və inkişafı;
- Bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi;
- Korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmətin göstərilməsinin təmin edilməsi;
- Müştərilərə bank hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması.
Tələblər:
- Ali təhsil;
- Pərakəndə Bankçılıq sahəsində 1 ildən çox iş təcrübəsi;
- Komandada işləmə bacarığı;
- Satış qabiliyyəti, müştərini inandırma bacarığı;
- Yüksək ünsiyyətqurma bacarığı.