Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-700-800-1000-1200-1500-1700 MANAT - 40 VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"BTB Kapital İnvestisiya Şirkəti" işçilər axtarır - VAKANSİYALAR
SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
"Leobank" işçi axtarır - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 600-650 MANAT - VAKANSİYA
"MODYS MMC" işçi axtarır - MAAŞ 700-1000 MANAT - VAKANSİYA
PASHA Bank
KOS Kreditlərin İzlənməsi və Nəzarəti üzrə Kiçik Mütəxəssis / Mütəxəssis
Son tarix 26 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- KOS portfelə daxil olan riskli müştərilərin erkən mərhələdə müəyyən edilməsi, portfelə gələcək təsirlərini ölçüb və riskləri minimuma endirmək üzrə tədbirlərə dəstək;
- Cəlb olunmuş KOS portfelinin keyfiyyətinə nail olmaq üçün dəstəyin verilməsi;
- Monitorinqin keyfiyyətinə (kredit tarixçəsinin təhlili, zaminlərin təhlili, maliyyə vəziyyətinin təhlili, rəhbərlərə məlumatların ötürülməsi) və kəmiyyətinə necə nail olmağın öyrənilməsi və nail olması;
- KOS müştərisi üzrə təyinatı monitorinqin öyrənilməsi və tətbiqi;
- Müştərilərin kredit ödənişləri, gecikmələri və ödəmə planı haqqında məlumatların toplanılması;
- Beynəlxalq (PD) ehtiyat dərəcələrinin öyrənilməsi və hesablanmasına dəstək; MB qaydalarına uyğun yanaşmanın öyrənilməsi;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, davranış məcəlləsi, maraqlar münaqişəsi siyasəti, SƏTƏM, təşkilati risklərin idarəedilməsi və s.) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və iqtisadiyyat sahəsində ali təhsil
- Təcrübə: 2 ilədək
- Xarici dil: ingilis dili (yaxşı)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul biliyi: maliyyə hesabatı üzrə biliklər
- Digər: güclü ünsiyyət bacarıqları, yenilikçi düşüncə
- Üstünlük verilir: ACCA sertifikatların mövcudluğu əlavə üstünlükdür
Kiçik Məhsul Sahibi (PO)
Son tarix 26 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Biznesə təsiri təmin etmək üçün müştəri yönümlü rəqəmsal məhsulların təqdim edilməsi və çoxsahəli funksiyaya malik komandaların idarəedilməsi;
- Bir və ya daha çox rəqəmsal məhsulla əlaqəli bütün səviyyələrdə qərar və nəticələrə görə cavabdehlik;
- Məhsul yaratmaqla müştərilərin və əməkdaşların bank məhsullarından istifadəsi üzrə təcrübələrinin dəyişdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi;
- Məhsulların yaradılması və müştəriyə uyğunluğunu təmin etməklə, əsas biznes problemlərinin həll edilməsi;
- Xüsusi rəqəmsal məhsullar üçün məhsulun “backlog”nun yaradılması və prioritetləşdirilməsi;
- Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın “KPI”larına uyğun nəticələrə nail olunması;
- Məhsulun yol xəritəsinin formalaşdırılması, təqdim edilməsi və komanda üzvlərinə çatdırılması;
- Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin icrası üzrə dəqiqləşmələrin aparılması, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində rəhbərlik;
- Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarının müəyyən edilməsi;
- Analitik qruplar ilə koordinasiya və icrasına nəzarət;
- Digər məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq və mümkün dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təcrübə: Biznes və ya İT sahəsində 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə
- Xarici dil: İngilis dili (səlis)
- Digər:
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması və bank işi üzrə biliklər
- Çoxşaxəli biznes sahələri ilə əməkdaşlıq (Marketinq, Satış, Maliyyə, Əməliyyat, Texnologiya və s.)
- Komandada işləmə, problemləri həll etmə və konfliklərin idarəedilməsi bacarığı
- “Agile” və ya “Design Thinking” üzrə ilkin biliklər
Kredit Risk Anderrayteri (KOS)
Son tarix 25 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
- Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Digər:Təhlil, qərarvermə və ünsiyyət bacarıqları
- Lisenziya/ Sertifikat: ACCA (üstünlük verilir)
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
- Kompüter bilikləri: Microsoft Office
Məhkəmə işləri üzrə Baş Mütəxəssis
Son tarix 25 fev 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
- Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Maliyyə sahəsində hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
- Xarici dil biliyi: Rus və ingilis
- Kompüter bilikləri: MS Office proqramları
- Digər:
- Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları