Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-700-800-1000-1200-1500-1700 MANAT - 40 VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"BTB Kapital İnvestisiya Şirkəti" işçilər axtarır - VAKANSİYALAR
SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
"Leobank" işçi axtarır - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 600-650 MANAT - VAKANSİYA
"MODYS MMC" işçi axtarır - MAAŞ 700-1000 MANAT - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Marketinq üzrə kiçik mütəxəssis
Son tarix 26 fev 2023 - [email protected]
Namizədə olan tələblər:
-
Ali təhsil.Marketinq və ya iqtisadiyyat sahəsində nəzəri biliklərə malik olması zəruridir
-
Enerjili, marketinq sahəsində karyera qurmaq istəyən namizədlər axtarılır
-
Yüksək səviyyədə kommunikasiya qura və ünsiyyət yarada bilmək, “komanda oyunçusu” olması önəmlidir
-
Məsuliyyətli və punktual olmalıdır
-
Azərbaycan və rus dilində yaxşı səviyyədə danışıq,nitqi aydın və səlis olmalıdır.
-
MS Word və MS Excel proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır
-
Minimum 1 il iş təcrübəsi olmalıdır
-
Bölgələrə ezamiyyətlərə hazır olmalıdır
Vəzifə öhdəlikləri:
-
Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır
-
Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir
-
POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işin təşkilinə məsuldur
-
Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir
-
Marketinq anbarının işinin təşkilinə cavabdehdir
-
Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir
İş şərtlərimiz:
-
Əmək haqqı: 600 AZN
-
İş qrafiki : Tam iş günü 5 gün.
-
İş saatları: 08:30-17:30.
-
İş yeri:Çinar Park
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ satış üzrə assistent
Son tarix 26 fev 2023 [email protected]
Namizədə olan tələblər:
-
Ali təhsil;
-
Microsoft Office proqramlarında işləmək bacarığı;
-
Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
-
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-
Satış sahəsində minimum 1 illik iş təcrübəsi;
-
Azərbaycan dilini səlis,rus dilini bilməsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
-
Alqı-satqı müqaviləsinin və qiymət razılaşdırılma protokolunun hazırlanması və şirkətdaxili rəsmi təsdiqlənməsini təmin etmək;
-
Korporativ müştərilərlə qarşılıqlı borclar üzrə üzləşmə aktlarının hazırlanması və satış mütəxəssisinə şirkətdaxili təsdiqlənməsini təmin etmək;
-
Sifarişlərin 1C-ə daxil olunması və məhsulların müştəriyə çatdırılması üçün korporativ satış tərəfindən tələb olunan sənədlərin təmin olunmasını həyata keçirmək;
-
Korporativ müştərilərlə rəsmi sənədlərin yerdəyişməsinə və arxivləşdirilməsinə nəzarət;
-
Anbarda olmayan məhsullar üzrə korporativ satış qiymətinin təyin olunmasını təmin etmək;
-
Tapaqro üzərindən satışların qeydiyyatının aparılması və ödənişlərin həyata keçirilməsi;
-
Kommersiya təkliflərinin hazırlanmasında satış mütəxəssislərinə dəstək olması;
-
Aylıq/rüblük/illik korporativ satış raportların hazırlanması.
İş şərtlərimiz:
-
Əmək haqqı: 600-650AZN;
-
İş qrafiki :5 gün tam,şənbə günləri növbəli iş rejimi tətbiq olunur;
-
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə assistent” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ Satış üzrə Mütəxəssis
Son tarix 25 fev 2023 [email protected]
Namizədə olan tələblər:
-
Təcrübə: Korporativ Satış sahəsi üzrə minimum 3 il təcrübə;
-
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır);
-
Təqdimat bacarığı;
-
İnandırma bacarığı;
-
Satış texnikaları üzrə biliklər;
-
Ünsiyyət qurma bacarığı;
-
Komandada işləmək bacarığı;
-
Şəxsi avtomobilin olması mütləqdir.
Vəzifə öhdəlikləri:
-
Müxtəlif kateqoriyalı kənd təsərrüfatı məhsullarının korporativ satışının həyata keçirilməsi;
-
Müştərilərə məhsul qruplarının tanıdılması;
-
Müştəri bazasının formalaşdırılması və artırılması üçün aktiv B2B görüşlərinin keçirilməsi;
-
Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi;
-
Müştəri borc öhdəlikləri və ödənişlərini daim nəzarətdə saxlamaq;
-
Məhsulların təmin edilməsi prosesini tam nəzarətdə saxlamaq, sənədləşmə məsələlərini həll etmək.
İş şərtlərimiz:
-
Əmək haqqı: Müsahibə əsasında;
-
İş qrafiki : 5 gün (bir neçə həftədən bir şənbə günü növbəli iş vardır;
-
İş saatları: 08:30-17:30;
-
İş yeri: Ə.Rəcəbli/Çinar Park;
-
Şirkət tərəfindən korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.