PASHA Bank
Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis
Son tarix 01 sen 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Leobank" işçi axtarır - VAKANSİYA
"Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
"ARI Global" xaricdə mərkəzi işçilər axtarır - VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanda şirkət işçi axtarır - MAAŞ 3000 DOLLAR- VAKANSİYA
"A2Z Technologies" ASC işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
- Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
- Bütün kredit məhsulu seqmentləri üçün qiymətləndirmə modellərinin və risk mühərriklərinin inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi;
- Gündəlik, yarımillik və illik əsasda MHBS-a uyğun olaraq “Kredit Zərərləri Ehtiyatı”nın vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Yerli tənzimləyici qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
- Kredit dövriyyəsi ilə əlaqəli layihələrdə iştirak və risklərin nəticələrinə effektiv inteqrasiyasının təmin edilməsi;
- Bank aktivləri portfelinin və kredit risk profilinin yaxşılaşdırılması üçün analitik yanaşmalardan istifadə;
- Nəzarət limitləri, yuxarı həddləri və əsas risk göstəriciləri kimi etalon ölçülər daxil olmaqla, Risk Tolerantlığına dair baxış bucağının təqdim edilməsi və riskə uyğunlaşdırılmış gəlirləri artırmaq üçün diversifikasiya edilməsinin təmin edilməsi;
- Kredit portfelində yaranan risklər barədə bankın rəhbərliyinə dərhal məlumatın ötürülməsi;
- Maliyyə Hesabatlarında risklərin vaxtında və ehtiyatlı şəkildə əks etdirilməsinin idarəedilməsi;
- Qərar vermə prosesinə inteqrasiya olunmaq üçün proqnozlaşdırıcı, qabaqlayıcı və proaktiv kredit riskinin idarəedilməsi alətlərinin işlənib hazırlanması və davamlılığının təmin edilməsi;
- Mümkün kredit itkilərinin və kredit öhdəliklərinin yerinə yetirilməməsinin qiymətləndirilməsinə cavabdehlik;
- Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsii və risk imkanlarının səviyyəsinin artırılması;
- Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahədə minimum 1-2 il mütəxəssis üçün, baş mütəxəssis üçün 3-4 il
- Xarici dil: İngilis dili (səlis)
- Lisenziya/ Sertifikat: CFA, FRM və maliyyə ilə bağlı sertifikatlar
- Kompüter bilikləri: Microsoft Office (Python, R kimi proqramlaşdırma dillərini bilməsi üstünlükdür)
Digər:
- Bazar haqqında məlumatlı olmaq
- Komanda işi
- Problem həll etmə bacarıqları
- Münaqişəli vəziyyətlərin idarəedilməsi
- Kredit riskləri yarada biləcək nəzəri halların KOS və İri Həcmli bizneslərə tətbiqini həyata keçirmək bacarığının olması, bazar haqqında məlumatlı olmaq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Qarşılama və Satış üzrə Assistent
Son tarix 01 sen 2022 - [email protected]
İşiniz nədən ibarətdir?
- Müştəriyə filial daxilində yüksək səviyyədə xidmət göstərilməsi;
- Həm bankdaxili, həm də xarici müştərilərin müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
- Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmət və məhsullarla əlaqəli müvafiq tədbirlərin görülməsi;
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və yüksək səviyyədə icrası;
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
- Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
- Şöbə və qrup rəhbərləri tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
- Satış şöbəsi əməkdaşlarının görüşlərinin koordinasiyası;
- Şöbə daxili görüşlərdə müvafiq qeydiyyatların aparılması və lazımi əməkdaşlara ötürülməsi;
- Bank standartlarına uyğun məktubların hazırlanması, filialla əlaqəli məktubların qəbulu və göndərilməsi;
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və müvafiq struktur bölmələrə qeydiyyatının təqdim edilməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
- Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla), Azərbaycan dili (əla)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və proseslər, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
- Digər: Hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Qarşılama və Satış üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur.