"METAK" işçilər axtarır - VAKANSİYALAR
"Azercosmos" işçi axtarır - VAKANSİYA
"Avromed Company QSC" işçi axtarır - VAKANSİYA
"AZCD Group QSC" işçi axtarır - MAAŞ 1100-1200 AZN - VAKANSİYA
"Umid Babek Operating Company" işçi axtarır - VAKANSİYA
"Norm" işçilər axtarır - VAKANSİYALAR
"Bridge Group of Companies" işçi axtarır - VAKANSİYA
"STP Global Cable" işçi axtarır - VAKANSİYA
Norm OJSC
Satınalma üzrə Köməkçi
Son tarix 09 yan 2024 - [email protected]
İş yeri: Qaradağda yerləşən Zavod Ofisi.
Tələblər:
- Ali təhsil
- Əlaqədər sahədə 1 il iş təcrübəsi və ya təcrübə proqramlarında iştirak
- İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarıqları
- MS Office proqramları, xüsusilə də MS Excel proqramı üzrə yüksək səviyyəli biliklərə malik olmaq
- E-təchizat alətində sorğular üzrə təcrübə arzuolunandır
- SAP üzrə biliklər arzuolunandır
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Komandada işləmək bacarığı
Vəzifə və Öhdəliklər:
- Təchizat və logistika departamentinə daxil olan bütün sənədləri yoxlamaq, müqavilələrin sistemə vaxtında yüklənməsinə və müqavilələrin bitmə müddətinə nəzarət etmək,
- SAP-də yeni təchizatçı yaradılması prosesinə nəzarət etmək,
- Təchizat və logistika şöbəsinə aid bütün sənədləri düzgün şəkildə qovluqlarda toplamaq və arxivləşdirmək,
- Təchizatçıların ilkin qiymətləndirməsinə və dəyərləndirilməsinə nəzarət etmək,
- Təchizat və logistika şöbəsinə aid iclaslarda iştirak edib iclas protokollarını hazırlamaq və müzakirə olunan məsələlərin icrasını təqib etmək,
- Dövr sənədlərinin vaxtında və tam şəkildə mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək,
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 08.01.2024
Mexanik üzrə Layihə Mühəndisi
Son tarix 13 yan 2024 [email protected]
İş yeri: Zavod ofisi
Tələblər:
- Mexanika mühəndisliyi üzrə ali təhsil;
- Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi;
- Layihələrin idarə edilməsi sahəsində təcrübə;
- AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları;
- Layihə idarəetmə proqramlarında işləmək bacarıqları;
- Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Müvafiq sahə üzrə standartlardan məlumatlılıq;
- Yüksək səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
- Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;
Əsas vəzifə və öhdəliklər:
- Texniki avadanlıqların təmirinə və qulluğuna nəzarət etmək;
- Layihə planlarını hazırlamaqda, eləcə də layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq;
- Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək;
- Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək;
- Detallı layihə planlarını hazırlamaq;
- İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək;
- Dizayn və tətbiqin mümkünlüyünü müəyyən etmək üçün dizayn təklifləri, spesifikasiyalar və təlimatları araşdırmaq və təhlil etmək;
- Quraşdırma planlarının və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək;
- İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını hazırlamaq üçün detallı hesablamalar aparmaq;
- Layihənin çərçivəsini, müddətini və büdcəsini əhatə edən detallı layihə planı hazırlamaq;
- Mexaniki mühəndislik tələb olunan layihələrdə planlaşdırılma və konseptual dizayn işlərinə rəhbərlik etmək;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 12 Yanvar 2024