"METAK" işçilər axtarır - VAKANSİYALAR
"Azercosmos" işçi axtarır - VAKANSİYA
"Avromed Company QSC" işçi axtarır - VAKANSİYA
"AZCD Group QSC" işçi axtarır - MAAŞ 1100-1200 AZN - VAKANSİYA
"Umid Babek Operating Company" işçi axtarır - VAKANSİYA
"Norm" işçilər axtarır - VAKANSİYALAR
"Bridge Group of Companies" işçi axtarır - VAKANSİYA
"STP Global Cable" işçi axtarır - VAKANSİYA
Azercosmos
Süni intellekt mühəndisi
Son tarix 11 yan 2024 - [email protected]
Əsas funksiyalar:
- “State of the art” kompüter görməsi modellərinin hazırlanması
- Elmi tədqiqatların aparılması və əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
- Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
- Səmərəli, təkrar istifadə edilə bilən və etibarlı kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
- Bulud əsaslı həllərdən istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi
- İstifadədə olan proqram təminatı və süni İntellekt modellərinin müxtəlif komponentlərinin fərqli aspektlərdən optimallaşdırılması üçün effektivliyinin təhlili, modellərinin performansının təkmilləşdirilməsi, konfiqurasiyası və sazlanması
- Datanın yoxlanılması, etiketlənməsi və təmizlənməsi.
Tələblər:
- Ali təhsil (Kompüter elmləri, mühəndisliyi və ya oxşar sahələrdə bakalavr dərəcəsi
- Obyekt yönümlü dizayn nümunələri və prinsipləri
- Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması və generativ modelləşdirmə tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
- Dərin öyrənmə kitabxanaları ilə praktiki bilik və kodlaşdırma təcrübəsi (məsələn, TensorFlow, PyTorch)
- Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət
Bilik və bacarıqlar:
- Peyk təsvirləri ilə iş təcrübəsi
- Amazon AWS, Google Cloud kimi bulud əsaslı həllər ilə təcrübə
- İş axınının idarə edilməsi alətləri (məsələn, Airflow) ilə əvvəlki təcrübə
Dil bilikləri:
- Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
- İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
Kompüter bilikləri:
- mütləq - Python proqramlaşdırma biliyi, MS Office (Word, Excel, Outlook, PowerPoint), MS Project
Üstünlüklər:
- Yüksək təsirli genişmiqyaslı kompüter görmə layihələri üzərində işləmək
- Yüksək Performanslı GPU serverlərinə giriş
- Elmi nəşrlərin müəllifi olmaq imkanı
- Əməkdaşlığın təşviq edildiyi və biliyin sərbəst şəkildə paylaşıldığı dəstəkləyici və inklüziv mühit.
- Rəqəbatcil əmək haqqı
Bu meyarlara uyğun namizədlər CV-lərini 10.01.2024-cü il tarixinədək e-mail ünvanına ““Süni intellekt mühəndisi”” başlığı ilə göndərə bilərlər