"Ziraat Bank Azərbaycan" ASC işçi axtarır - VAKANSİYA
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-800-900-1000 manat - 25 VAKANSİYA
"Zeta Group" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
"ARI Global" xaricdə mərkəzi işçilər axtarır - VAKANSİYALAR
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"NBCO KredAqro" işçilər axtarır - MAAŞ 500-800 MANAT - VAKANSİYA
"Can-Pa" işçi axtarır - MAAŞ 600-1200 MANAT - VAKANSİYA
"Asfarma" işçi axtarır - MAAŞ 1700-2000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT- VAKANSİYA
"CityMap" işçi axtarır - MAAŞ 500-1500 MANAT - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
Kredit və Problemli Kreditlər üzrə Təcrübə proqramı
Son tarix 27 okt 2022 - [email protected]
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Cəlilabad, Qazax, Sumqayıt, İsmayıllı, Tovuz filialları üçün Təcrübə Proqramı elan edir.
Proqram kredit və bank sahəsinə marağı olan ali təhsilli gənclərə təcrübə qazanmaq və gələcək karyerasını KredAqro BOKT-da qurmaq imkanını yaradır. Ali təhsilini başa vurmuş, bu sahədə potensialı olub iş axtarışında olan gənclər müraciət edə bilərlər.
Tələb olunan keyfiyyətlər:
-
Ali təhsil;
-
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
-
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
-
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
-
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
-
Kredit sahəsində praktiki və nəzəri biliklərə yiyələnmə şansı;
-
Təşkil olunan Təlimlərdə iştirak;
-
Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması.
Maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Təcrübə Proqramı” qeyd etməklə göndərmələri xahiş olunur.
Kollektor (Quba, Tovuz)
Son tarix 27 okt 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
-
Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
-
Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
-
Ali təhsil;
-
Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
-
Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
-
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
-
Etibarlı sürücülük vəsiqəsi;
-
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-
Müştərilərlə davranış etikası.
İş şəraiti:
-
Əmək haqqı: 500 azn gross + aylıq bonus;
-
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
-
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
-
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
-
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.
Kredit Meneceri (Zaqatala)
Son tarix 27 okt 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
Filialın işçi heyətinin idarə olunması;
-
Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
-
Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
-
Filialın kredit portfelini idarə etmək və monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
-
Ali təhsil;
-
Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
-
Microsoft Office proqramlarında işləmək bacarığı;
-
Analitik düşüncə qabiliyyəti;
-
Etibarlı sürücülük vəsiqəsi;
-
İdarəetmə və liderlik qabiliyyəti;
-
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
-
İş yeri: Zaqatala şəhəri;
-
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
-
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
-
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
-
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
-
Əmək haqqı 800 manat gross + aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur.