ARI Global
Xaricdə təhsil mütəxəssisi
Son tarix 27 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstəklərə və göstəricilərə əsasən namizəd üçün uyğun universitet və proqramları araşdırmaq;
- Tələbələrə universitet, ölkə və şəhər seçimində, o cümlədən qeydiyyat işlərində dolğun və dəqiq məlumat vermək;
- İllik fəaliyyət planını hazırlamaq, planın icrasını həyata keçirmək
- Universitetlərə müraciət prosesini həyata keçirmək;
- Sənədləri, tarixləri dəqiq təqib etmək və tələbələri məlumatlandırmaq;
- Tələbə və valideynlərə konsultasiya xidmətləri göstərmək.
Namizəd üçün tələblər:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- İngilis dilində sərbəst danışmaq və yazışmaq bacarığı (ikinci xarici dil bilgisi arzuolunandır);
- Araşdırma bacarığı;
- Kommunikasiya və koordinasiya bacarığı;
- Planlama və qərarvermə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- MS Office (Word, Excel) proqramları üzrə bilik;
- Yaş həddi 25-35 yaş
İş şərtləri:
- 6 günlük iş rejimi;
- Ödəniş - əmək haqqı və bonus
- Əmək haqqı və bonus namizədin bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müəyyən edilir.
Uyğun namizədlər “Xaricdə təhsil mütəxəssisi” başlığı ilə e-poçt ünvanına müraciət edə bilərlər.