"Ziraat Bank Azərbaycan" ASC işçi axtarır - VAKANSİYA
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-800-900-1000 manat - 25 VAKANSİYA
"Zeta Group" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
"ARI Global" xaricdə mərkəzi işçilər axtarır - VAKANSİYALAR
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"NBCO KredAqro" işçilər axtarır - MAAŞ 500-800 MANAT - VAKANSİYA
"Can-Pa" işçi axtarır - MAAŞ 600-1200 MANAT - VAKANSİYA
"Asfarma" işçi axtarır - MAAŞ 1700-2000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT- VAKANSİYA
"CityMap" işçi axtarır - MAAŞ 500-1500 MANAT - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
Araz Supermarket
Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Son tarix 27 okt 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası);
- İş təcrübəsi: Qida zəncirinə daxil olan məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə nəzarət sahəsində ən azı 2 il təcrübə;
- MS Office proqramları;
- Dil bilikləri:Azərbaycan dili əla (ingilis dili üstünlükdür);
- Texniki/Funksional bacarıqlar: İSO 9001, İSO 22000 və digər tələb olunan Beynəlxalq standartlar üzrə nəzəri biliklərə və sertifikatlara sahib olmalı. Müvafiq Beynəlxalq Standartlar üzrə daxili auditor sertifikatına sahib olmaq;
- Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ruhlu və işin düzgün planlanması.
Vəzifə öhdəlikləri:
- Anbarlara qəbul edilən qida və qeyri qida məhsullarının giriş nəzarətini həyata keçirmək; nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək,laborator analizin aparılması üçün ( plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
- Keyfiyyət və təhlükəsizlik planına uyğun anbarın yoxlanılmasını həyata keçirmək, müvafiq qeydləri aparmaq;
- Qəbul edilən məhsulların və onların markalamasının müşayətedici keyfiyyət sənədlərinə uyğunluğunu yoxlamaq;
- Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək;
- Yararsız məhsul aşkar edildikdə aklaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
- Aparılan dezinfeksiya, dezinseksiya və deratizasiya işinə nəzarət etmək;
- İadə prosesinə periodik olaraq nəzarət etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.