Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1700-1900 MANAT- VAKANSİYA
"EMPAT" işçi axtarır - İLLİK MAAŞ 9000-21000 MANAT - VAKANSİYA
"Avromak" MMC işçi axtarır - MAAŞ 700-1000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500 MANAT- VAKANSİYA
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
"PAŞA Holding" işçilər axtarır - VAKANSİYALAR
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
"Heritus Group" MMC işçi axtarır - VAKANSİYA
"Engin Ltd" işçi axtarır - VAKANSİYA
"Palıd - 2015 MMC" işçi axtarır - VAKANSİYA
Kristal Abşeron
SƏTƏM üzrə mühəndis (Lənkəran)
Son tarix 12 fev 2023 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- Stressə davamlı, məsuliyyətli və intizamlı;
Vəzifə öhdəlikləri:
- Tikintidə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- Tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- Tikintidə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri; Lənkəran şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “SƏTƏM üzrə mühəndis (Lənkəran)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə üzrə audit meneceri
Son tarix 11 fev 2023 - [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və audit ixtisasları üzrə);
- Sahə üzrə 3-5 il iş təcrübəsi;
- İFRS və beynəlxalq audit standartları üzrə biliklər;
- “ACCA”, “CİA” üzrə sertifikatlar üstünlükdür;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili və Rus dili bilikləri üstünlükdür,
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarı gün);
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə üzrə audit meneceri” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Satınalma üzrə mütəxəssis
Son tarix 11 fev 2023 - - [email protected]
Tələblər:
- Ali təhsil,
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi,
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarı gün);
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.