Azərbaycan holdinqləri işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçi axtarır - MAAŞ 400-600-800-1000 MANAT + BONUS - 5 VAKANSİYA
"Səba Şirkətlər Qrupu" işçilər axtarır - VAKANSİYALAR
"Karvan L" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Mazarina Trade Company" işçi axtarır - MAAŞ 1000-1500 MAMAT - VAKANSİYA
Dövlət qurumu çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Zeytun Pharmaceuticals" yüksək vəzifəyə - İŞÇİ AXTARIR - VAKANSİYA
"Avromed Company" işçi axtarır - VAKANSİYA
"Qartal Tikinti Firması" işçilər axtarır - MAAŞ 600 MANAT - VAKANSİYALAR
Bu şirkətlər işçi yığır: əmək haqqı 500-800-1000-1200-1500 manat - 20 VAKANSİYA
Bakıdakı Britaniya səfirliyi işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT- VAKANSİYA
Başak Group
Satış təmsilçisi
Son tarix 26 sen 2022 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- Mövcud sahə üzrə minimum 2 il təcrübə;
- Kompüter bilikləri: Microsoft Office, Outlook;
- Danışıqlar aparma qabiliyyəti;
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq;
- 23-30 yaş aralığı;
Vəzifə öhdəlikləri:
- Şirkət Məhsularının satışının təşkil edilməsi;
- Mağazaya daxil olan müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
- Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
- Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin təşkil edilməsi;
- Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi;
- Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi;
İş qrafiki:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00-dək; şənbə yarı iş rejimi;
- Əməkhaqqı: 400 AZN + Bonus (KPİ);
- Nahar şirkət tərəfindən qarşılanır;
- Korporativ nömrə;
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış təmsilçisi-mağaza” yazaraq göndərə bilərlər.
B2B satış mütəxəssisi
Son tarix 26 sen 2022 [email protected]
Tələblər:
- Ali təhsil,
- Korporativ satış üzrə minimum 2-3 il təcrübə (yalnız korporativ satış təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
- Supply sahəsində təcrübə,
- Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
- Yüksək rus və ingilis dili biliyi ( rus dili arzuolunandır),
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Danışıqlar aparma qabiliyyəti,
- Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
- 23-30 yaş aralğı,
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
- Əmək haqqı: 1000 AZN + Bonus (KPİ),
- Nahar şirkət tərəfindən qarşılanır,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər
Təchizat Şöbəsinin Rəhbəri
Son tarix 16 sen 2022 [email protected]
Tələblər:
- Ali təhsil;
- Mövcud sahə üzrə +5 il təcrübə;
- Analitik düşünmə bacarığı;
- Yüksək MS biliyi;
- Rus və ingilis dili biliyi;
Vəzifə öhdəlikləri:
- Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
- Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
- Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
- İşgüzar məqsədləri dəstəkləmək üçün bütün resursları istifadə etmək, müqavilə və kommersiya riskinə qarşı qorunmaq üçün müəssisələrə müraciət etmək üçün lazım olan bütün yeni təcrübələri gətirmək;
- Başak Group -un təchizat siyasətini təkmilləşdirmək və bütün korrupsiya risklərinin qarşısını almaq;
- Yerli və xarici təchizatçılar, digər müəssisələr ilə əməliyyatları ilə effektiv şəkildə tənzimləmək;
- İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
- Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsi;
- Təchizatın müəssisə daxilində əhəmiyyətini artırmaq;
- Mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
- Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
- Başak Group -un bərabərlik və eynilik prinsiplərini aktiv şəkildə dəstəkləmək;
- Mövcud olan inkişaf səviyyəsinə uyğunlaşmaq üçün təlim və treninqlərdə iştirak etmək;
- Qeyd olunmayan,meydana çıxan digər məsuliyyətləri öz üzərinə götürmək;
- Başak Group üçün satınalma siyasətini qanunvericiliyə uyğun aparmaq,müvafiq qurumlar üçün satınalma strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı şəkildə idarə edilməsinə cavabdehlik.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında;
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə;
- Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
- İş günlərinin sayı 5 gün saat 09:00-18:00.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Təchizat şöbə rəhbəri” yazaraq göndərə bilərlər.
Xarici satınalmalar üzrə mütəxəssis
Son tarix 08 sen 2022 [email protected]
(Sadəcə tələblərə uyğun olan namizədlərin CV formalarına baxılacaq)
Namizədə aid tələblər:
- Ali təhsil;
- İngilis, Rus və fərqli xarici dillərdə səlis danışıq və yazışma,
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
- Kompüter biliyi: MS Office.
Vəzifə öhdəlikləri:
- Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
- Xarici və yerli təchizatçılar ilə danışıqların aparılması;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
- Təchizatla bağlı iclaslarda iştirak etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Xarici satınalma” yazaraq göndərə bilərlər.
Marketinq Mütəxəssisi
Son tarix 25 sen 2022 [email protected]
İşi̇n Təsvi̇ri̇:
- Şirkətin marketinq fəaliyyətinin qurulması
- PR və reklam xarakterli təqdimatların hazırlanması, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Sosial media fəaliyyətinin planlaması
- Digər şöbələrlə qarşılıqlı effektiv fəaliyyətinin təşkili
- Marketinq, reklam kampaniyaları hazırlamaq və onun icrasının təşkili, nəzarət
- Satışa dəstək məqsədilə marketinq promo və reklam materialların hazırlanması, sifarişi
- Şirkəti marketinq fəaliyyəti ilə bağlı tədbirlərdə təmsil etmə
- Aylıq görülən işlərə dair hesabatların hazırlanması
İş şəraiti:
- AR qanunvericiliyinə əsasən rəsmiləşmə
- İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı 600 AZN (namizədə görə əmək haqqı müzakirə edilə bilər)
Namizədə tələblər:
- Marketinq sahəsində iş təcrübəsi üstünlükdür.
- Komanda ilə işləmək və yüksək ünsiyyət bacarığı
- İxtisasının iqtisadiyyat, marketinq yönümlü olması üstünlükdür
- Komputer proqramlarında sərbəst işləmə, komanda ilə işləməyi bacarmalıdır;
- İngilis dili yazı və danışma bacarığının əla səviyyədə olması
- Öyrənməyə meylli olması, işi bitirici olması
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
Maraqlanan namizədlər CV-lərini mövzu başlığında vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Logistika üzrə mütəxəssis
Son tarix 02 sen 2022 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil,
- Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,
- Təcrübə: Sahə üzrə ən az 2 il,
- Komanda ilə işləmək və ünsiyyət bacarığı,
- Punktual,
- Analitik düşüncə,
- Təqdimat bacarığı,
- Rus dili, ingilis dili əla səviyyədə,
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).
Vəzifə öhdəlikləri:
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- Nəqliyyatın planlaşdırılması və sifarişi
- İdxal və İxrac əməliyyatlarına nəzarət
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
- Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ),
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
1C Operator
Son tarix 26 sen 2022 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (maliyyə,iqtisadi təhsil arzu olunandır);
- Word,Excell,1C proqramlarını bilməli;
- Mövcud sahə üzrə 1-2 il təcrübə;
- Yaş həddi 20-25;
- Rus və ingilis dili biliyi;
- Kollektivlə işləmək və ünsiyyət bacarığı;
Vəzifə öhdəlikləri:
- Satış və anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi;
- Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi;
- Şirkətlərlə yazılı və şifahi danışıqlar aparmaq;
- Müraciət etmiş müştərilərin suallarını cavablandırmaq;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü;
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə (korporativ paket);
- Əmək haqqı:500-600 AZN;
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “1C Operator” yazaraq göndərə bilərlər.