Baku Electronics
Kredit Mütəxəssisi (Lənkəran)
Son tarix 04 sen 2022 - [email protected]
"PASHA Holding" işçi axtarır - VAKANSİYA
Bakıda və bölgələrdə çoxsaylı həkim axtarılır - MAAŞ 1000 + MANAT - VAKANSİYALAR
"Baku Electronics" işçilər yığır - VAKANSİYALAR
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
Dövlət şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Ateshgah Sigorta" işçilər axtarır - MAAŞ 450-550 MANAT VAKANSİYALAR
"Khamsa Insurance and Reinsurance Brokers" ASC işçi axtarır - VAKANSİYA
"Agrarco" şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
"Azenco JSC" işçi axtarır - VAKANSİYA
"Grand Agro MMC işçi axtarır - VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-400-700-800-1000-1500-2000 manat - 24 VAKANSİYA
Xüsusi Tələblər:
- Təhsil: Ali;
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
- İş təcrübəsi: 1 ildən az.
Vəzifə öhdəlikləri:
- Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
- Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
- Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
- Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
- Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kredit Mütəxəssisi” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mağaza əməliyyat mütəxəssisi (Lənkəran)
Son tarix 04 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
- Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
- Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
- Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
- Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza əməliyyat mütəxəssisi” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mağaza Satış Meneceri (Lənkəran)
Son tarix 04 sen 2022 - [email protected]
Xüsusi tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemləri effektiv şəkildə həll etmək;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
- Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
Vəzifə öhdəlikləri:
- Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
- Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
- Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər.