Agrarco
Satınalma üzrə mütəxəssis
Son tarix 04 sen 2022 - [email protected]
İş yeri Bakı ofisi, Regionalara səfərlər də nəzərdə tutulub.
"PASHA Holding" işçi axtarır - VAKANSİYA
Bakıda və bölgələrdə çoxsaylı həkim axtarılır - MAAŞ 1000 + MANAT - VAKANSİYALAR
"Baku Electronics" işçilər yığır - VAKANSİYALAR
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
Dövlət şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Ateshgah Sigorta" işçilər axtarır - MAAŞ 450-550 MANAT VAKANSİYALAR
"Khamsa Insurance and Reinsurance Brokers" ASC işçi axtarır - VAKANSİYA
"Agrarco" şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
"Azenco JSC" işçi axtarır - VAKANSİYA
"Grand Agro MMC işçi axtarır - VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-400-700-800-1000-1500-2000 manat - 24 VAKANSİYA
Vəzifə təlimatları:
- Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
- Bazar araşdırılması, təhlili apırılması, yeni tədarükçülərin tapılması, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması
- Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi
- Struktur daxili müvafiq hesabatların hazırlanması
- Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması (Azərbaycan, Rus və İngilis dillərində)
- Sahə üzrə diqər tapşırıqların həyata keçirilməsi
Namizədə tələblər:
- Ali təhsil
- Təchizat sahəsində ən azı 3 illik iş təcrübəsi (Kənd Təsərrüfatı sahələrində çalışan namizədlərə üstünlük verilir)
- Şəxsi avtonəqliyyat vasitəsinin olması arzu olunandır.
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış
- Dil bilikləri: Azərbaycan-ana dili, Rus, İngilis dili
- MS Word,MS Excell,MS Outlook,
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkiletmə, komandada işləmə bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyəti bacarığları
- Stressə davamlılıq
- CİPS sertifikat olan namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) müvafiq başlıq altında göndərilməsi xahiş olunur.
Agrarco
1.3K
Mal-material Anbardarı
Son tarix 22 avq 2022 - [email protected]
İş yeri: Şimal-Qərb regionu, Zaqatala rayonu
Vəzifə öhdəlikləri:
- Müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirmək;
- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayaraq 1C sisteminə işlənməsini təmin etmək;
- Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq;
- Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;
- Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
- Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparmaq;
- Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparmaq;
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik etmək;
- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Təcrübə - Ən azı 3 -5 il iş təcrübəsi (Müvafiq sahədə 2 il);
- Dil bilikləri - Azərbaycan dili (sərbəst), rus və ingilis dilləri (orta);
- MS Office bilikləri (Word, Excel, Outlook);
- 1C proqramı;
- Kollektivlə işləmə qabiliyyəti.
Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində “Mal-material Anbardarı” vəzifəsini qeyd etməklə CV-ləri e-mail ünvanına göndərə bilərlər.
Agrarco
İxrac üzrə mütəxəssis
Son tarix 20 avq 2022 - [email protected]
İş yeri: Bakı ş.
Vəzifə öhdəlikləri:
- Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
- Xarici ticarət əlaqələrinin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
- İxrac əməliyyatları istiqamətində danışıqların aparılması;
- İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
- Ticarətin maliyyələşdirilməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
- İxrac əməliyyatları xidmətləri üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib edilməsi;
- İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı-vaxtında təmin edilməsi;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasının təmin edilməsi;
- İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
- İxrac üzrə satış planının yerinə yetirilməsi;
- Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
- Şirkətin yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil edilməsi;
- Müştərilər tərəfindən ödəniş prosesinə nəzarət edilməsi;
- İxrac sənədlərinin (sertifikatlar, aktlar və s.) hazırlanması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqları yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, satış və ya digər analoji sahələrdə);
- Ən azı 1 il iş təcrübəsi;
- Yüksək Azərbaycan, İngilis və Rus dilləri biliyi;
- MS Office bilikləri (Word, Excel, Outlook, Power Point);
- 1C proqramı;
- SMM və reklam üzrə biliklər;
- Qrafik dizayn proqramlarında işləmə bacarığı;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə bacarığı.
Digər öhdəliklər:
- Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində “İxrac üzrə mütəxəssis” vəzifəsi qeyd etməklə CV-ləri e-mail ünvanına göndərə bilərlər.