Bu şirkətlər işçi yığır: əmək haqqı 500-700-800-1000-1200-1500 manat - 16 VAKANSİYA
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800 MANAT- VAKANSİYA
"Ekvita LLc" işçilər axtarır - VAKANSİYALAR
"Metak" şirkəti işçi axtarır - VAKANSİYA
"AZINTELECOM" işçilər axtarır - VAKANSİYALAR
"MKT İstehsalat Kommersiya" MMC işçilər axtarır - VAKANSİYALAR
"Competo" işçilər axtarır - VAKANSİYALAR
"ENGINET" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
Azersun Holding
İnspektorq
Son tarix 20 iyn 2023 [email protected]
Tələblər:
- Qida Mühəndisi və ya Kimya mühəndisliyi üzrə ali təhsilli olmalı;
- MS Office proqramlarını bilməli;
- Laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili biliyi olmalı, İngilis dili arzu olunandı
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
- Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
- Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
- İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı, Sumqayıt, Kürdəmir, İmişli, Biləsuvar və Xaçmaz şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Büdcə və Maliyyə Təhlili üzrə Baş Mütəxəssis
Son tarix 20 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalıdır;
- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Standarlarını (İFRS) və tətbiqini biləlidir;
- Azərbaycan Respublikası Mühasibat, Maliyyə,Vergi, Dövlət büdcəsi sistemi haqqında qanunvericilik aktları və digər normativ hüquqi aktları bilməlidir;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
- Maliyyə təhlili üsullarını bilməlidir;
- Analiz etmə və qərar vermə qabiliyyəti yüksək olmalıdır
Vəzifə Öhdəlikləri:
- Hesab işləyişlərinin qanunvericilik və qrupdaxili əsaslara uyğun işləyişinin yoxlanması, əlavə sənədləri tələb edərək müvafiq düzəlişlərin tələb edilməsi, müxtəlif kontrol-analiz hesabatlarının hazırlanması;
- Xərclərin və yerlərinin yoxlanılması;
- Kassa və bank hesablarının control edilməsi:
- Əsas vəsait, davam edən İnvestitsiya və amortizasiya hesablarının kontrolu,hesabatının verilməsi;
- Təşkilatlarla qarşılıqlı razılaşma əsasında xərc mərkəzlərinin hazırlanması,sistemdə açılması,analizi və uyğunluğunun strukturlarla razılaşdırılması;
- Büdcə/cari qarşılaşdırmaları aparmaqla yaranan fərqlərin araşdırılması;
- Konsolidə hesabat məqsədləri üçün müəsissələrin gəlir və xərc hesabatlarının rəhbərliyə təqdim edilməsi.;
- Hesabatların yoxlanılması,səhv məlumatların araşdırılması;
- Büdcə hesabatlarının müvafiq hesabat qalıqları ilə qarşılaşdırılması;
- Şirkət aylıq hesabatlarının müvafiq konsolidə proqramına ayrı-ayrılıqda daxil edilməsi;
- Hesabatların zamanında göndərməyən şöbələrlə əlaqə saxlamaq və açıqlamaların alınması;
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və Maliyyə Təhlili üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Texniki mühəndis (Bakı və ya İmişli)
Son tarix 20 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Mexanika, Qida mühəndisi, Makina mühəndisi ixtisasları)
- Müvafiq vəzifələrdə 1-2 il iş təcrübəsi (Qida istehsalı sahəsində iş təcrübəsi üstünlükdür)
- Texnoloji proseslərin aparılması qaydasını bilməli
- İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
- İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
- PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
- Texniki təhlükəsizlik qaydalarını bilməli
İş haqqında:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
İş Şərtləri:
- Həftə içi 5 gün (09:00 - 18:00 )
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: Bakı və ya İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki mühəndis (İmişli və ya Bakı)” qeyd etməyiniz xahiş olunur.
Laborant
Son tarix 20 iyn 2023 [email protected]
Tələblər:
- Kimya, kimya texnologiyaları üzrə ali təhsili olmalı;
- MS Office proqramlarını bilməli;
- Laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydalarını bilməli;
- Laboratoriya cihazlarından istifadə qaydalarını bilməli;
- Rus və ingilis dili biliyi arzu olunandır.
İş haqqında məlumat:
- Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirməli;
- Yerli və beynəlxalq standartlara uyğun analizlər yerinə yetirməli;
- Alınan nəticələri laboratoriyanın xüsusi formalarına qeyd etməli;
- İstehsalat prosesində apardığı keyfiyyətlə bağlı yoxlamalar və laboratoriyada aparılan analiz nəticələrində hər hansı bir uyğunsuzluq olduğu zaman müvafiq şəxslərə məlumat verməlidir.
İş Qrafiki: Növbəli İş Qrafiki
İş Yeri: İmişli
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant” qeyd etməyiniz xahiş olunur.
Sistem Administratoru
Son tarix 20 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Active Directory Domain Services; Active Directory Trusts bilməli;
- Failover Clustering bilməli;
- Microsoft Exchange Server 2013/2016/2019 bilməli;
- Cisco HyperFlex Servers (HyperConverged infrastructure) bilməli;
- File Server Resources Manager(FSRM) bilməli;
- Database Availability Group(DAG) bilməli;
- DNS, DHCP bilməlidir
Vəzifə Öhdəlikləri:
- Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN; Xərclərin və yerlərinin yoxlanılması;
- Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
- Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
- Şəbəkə avadanlıqlarının idarə edilməsi;
- İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi;
- Real (hardware) və virtual mühitin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkar edilməsi,
- Əməliyyat Sistemləri, server proqramları və şəbəkə avadanlıqları üçün yeniləmələrin monitorinqi;
- Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması;
- Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;
- Konfiqurasiya idarəetmə sistemləri (CMS) vasitəsilə proqram təminatının instalyasiyaların avtomatlaşdırılması;
- Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması.
- İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sistem administratoru” qeyd etməyiniz xahiş olunur.