Bu şirkətlər işçi yığır: əmək haqqı 500-700-800-1000-1200-1500 manat - 16 VAKANSİYA
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800 MANAT- VAKANSİYA
"Ekvita LLc" işçilər axtarır - VAKANSİYALAR
"Metak" şirkəti işçi axtarır - VAKANSİYA
"AZINTELECOM" işçilər axtarır - VAKANSİYALAR
"MKT İstehsalat Kommersiya" MMC işçilər axtarır - VAKANSİYALAR
"Competo" işçilər axtarır - VAKANSİYALAR
"ENGINET" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
MKT İstehsalat Kommersiya MMC
Baş Əməliyyat Direktoru (İstehsalat müdiri)
Son tarix 19 iyn 2023 Müraciət et
Təsvir:
- İstehsalın planlamasının həyata keçirilməsi;
- İstehsal komandasının formalaşdırılması;
- İstehsal planlarının icrasına gündəlik nəzarət;
- İstehsal ilə satış və yuxarı rəhbərlik ilə münasibətlərin koordinasiya olunması;
- İstehsal üçün zəruri olan xammal-material, ehtiyat hissələri və avadanlıqların vaxtında və düzgün təmin olunmasının təqib olunması;
- Maya dəyərinə və keyfiyyətə nəzarət;
- Fabriklərarası münasibətlərin idarə edilməsi;
- Təmir planlarının hazırlanması və icrasına nəzarət olunması;
- İstehsalat büdcəsinin hazırlanması və icrasına nəzarət edilməsi;
- İstehsalat proseslərinin rəsmiləşdirilməsi və icrasına nəzarət edilməsi;
- İstehsal prosesində iştirak edən işçi heyətinin vaxtında hazırlanmasına nəzarət edilməsi;
- İstehsal ilə əlaqəsi olan infrastrukturun stabil fəaliyyət göstərməsinə nəzarət edilməsi;
- Bütün istehsal prosesi üçün məsuliyyət daşıması;
- İcraçı direktorun istehsal ilə əlaqədar ona həvalə etdiyi layihələrin idarə edilməsi, tapşırıq və göstərişlərin icrasının təşkili.
Tələblər:
- Tekstil mühəndisliyi üzrə ali təhsil;
- Yüksək səviyyədə türk, rus və ingilis dil bilikləri;
- Toxuma, hörgü, boyama və tikiş sahəsində ümumilikdə ən azı 10 il təcrübə;
- Tekstil sahəsində 5 illik rəhbərlik təcrübəsi;
- Çevik qərarlar qəbul etmək bacarığı;
- Təşəbbüskar və yenilikçi olmaq;
- Stress altında işləmə bacarığı;
- Liderlik bacarığı;
- Problemləri həll etmə və riskgötürmə qabiliyyəti;
- Daxili və kənar şəxslərlə yüksək ünsiyyətqurma bacarığı;
- Komanda formalaşdıra bilmə və qoruma bacarığı;
- Motivə edə bilmə bacarığı;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office proqramlarında işləyə bilmə bacarığı.
İmtiyazlar:
- Könüllü tibbi sığorta
- Təlim dəstəyi
Logistika üzrə mütəxəssis
Son tarix 18 iyn 2023 Müraciət et
İşiniz nələrdən ibarət olacaq?
- Beynəlxalq idxal və ixrac və ölkədaxili əməliyyatları üçün optimal logistikanın təşkili;
- Logistika üzrə tenderlərin təşkili;
- Logistika planlamasının hazırlanması (problemlərin aşkarlanması və təkmilləşdirmələr üçün) və təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
- İdxal zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə və s.) yoxlanılması və QİB üçün gömrükçüyə yönəldilməsi;
- Logistik sifarişlərə aid məlumatlarln daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılması prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi.
İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Ali təhsil, 1-2 il iş təcrübəsi (müvafiq sahədə);
- Azərbaycan, Rus və İnglis dillərini bilmək;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı olmalı;
- 1 C proqramını bilmək (arzuolunandır)
- İncoterms 2000 və 2010 bilikləri.
Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center.
Vakansiyaya müraciət üçün https://hr.mktcotton.com/az/job/logistika-uzre-mutexessis?sources=jobsearch.az bu linkə müraciət edə və ya [email protected] email adresindən istifadə edə bilərsiniz.
İnsan Resursları üzrə Mütəxəssis (Saatlı İFT)
Son tarix 17 iyn 2023 Müraciət et
Təsvir:
- İşçilərin şəxsi işlərini aparır, formalaşdırır.
- Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və təcrübəçilərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır.
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirir.
- Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə rəhbərlik edir.
- Qərar və əmrlərin sənədləşməsini təmin edir.
- Müəssisədə yerli rəhbərliyin kadrlar üzrə verilmiş əmr və göstərişlərinin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır.
- Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil edir.
- Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim edir.
- Mövsümi işçilərin təcili sürətdə işə götürülmə və işdən çıxarılma sənədləşməsini icra edir.
- Kadrlara olan tələbat haqqında birbaşa rəhbərə məlumat verir.
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir.
- Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edir.
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil arzu olunandır;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- AR Əmək Məcəlləsinin əsaslarını bilmək.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi;
- İş yeri: Saatlı İFT;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
İstedadların idarəedilməsi üzrə menecer
Son tarix 19 iyn 2023 Müraciət et
Təsvir:
- Təşkilat daxilində müxtəlif vəzifələr üçün ixtisaslı namizədləri cəlb edilməsi üçün uyğun mənbələrin müəyyənləşdirir və istedadların işə alınması strategiyasını hazırlayır və həyata keçirilməsinə nəzarət edir;
- Təşkilatın istedad ehtiyaclarını anlamaq və ən uyğun namizədləri müəyyən etmək üçün müsahibələr və qiymətləndirmələr aparmaq üçün işə qəbul prosesində iştirak edəcək digər menecerlər ilə əməkdaşlıq edir və təlimatlandırır;
- İstedad hovuzunu (çərçivəsini) genişləndirmək üçün xarici işə qəbul agentlikləri və digər istedadların cəlb edilməsi mənbələri ilə əlaqələri inkişaf etdirir və idarə edir;
- İşə qəbul prosesini planlaşdırılması və qəbul olunmuş təşkilat standartlarına əsasən aparılmasını həyata keçirir;
- Təşkilat daxilində yüksək potensiallı işçiləri müəyyən edir və liderlik rollarına hazırlamaq üçün Davamçıların Planlaşdırma layihəsinin siyasətini və icra prosedurunu hazırlayır və tətbiq edir;
- Performansın idarə edilməsi və işçilərin işdə saxlanılması strategiyaları daxil olmaqla, istedadın idarə edilməsi siyasət və prosedurlarını inkişaf etdirir və həyata keçirir;
- Performans İdarəedilməsi Siyasətini əldə edilən geribildirimlər əsasında lazımı dəyişikliklər edir və daimi biznes proseslərini dəstəkləməsi üçün təkliflər hazırlayır və tətbiq edir;
- Performans İdarəedilməsi Sisteminin addım və mərhələləri ilə bağlı (smart hədəflərin qoyulması, ədalətli qiymətləndirrmə, geribildirim mədəniyyətinin yaradılması) bağlı İR komandasını və müvafiq işçiləri təlimatlandırır;
- Tabeliyində olan işçilərin performansını izləyir, qiymətləndirir və Motivasiya və inkişaf planlarını birgə müəyyənləşdirir və həyata keçirir;
- İstedadların idarə edilməsi ilə bağlı HR siyasət və prosedurlarını hazırlayır, razılaşdırır və tətbiq edir;
- İşçilərin bilik və bacarıqlarını inkişaf elətdirilməsi üçün növbəti ilin Təlim və İnkişaf ehtiyyacları müəyyənləşdirilməsini həyata keçirir;
- Cəmiyyətin təşkilatı hədəfləri əldə etmək üçün işçilərdə tələb olunan təlim və inkişaf layihələrinin həyata keçirir;
- Cəmiyyətin təlim ehtiyyaclarının ödənilməsi məqsədi ilə daxili təlimçilərin müəyyənləşdirir, inkişaf elətdirir və onlar üçün motivasiya sistemləri tətbiq edir;
- Təlim, mentorluq və karyera inkişafı təşəbbüsləri daxil olmaqla, işçilərin bacarıqlarını, biliklərini və performansını artırmaq üçün digər inkişaf proqramları yaradır və icra edir.
Tələblər:
- İnsan resursları sahəsində 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
- Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
- Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
- Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları;
- Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- Ölkədaxili ezamiyyət etmək imkanı.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.