Uğurlu karyera üçün "PASHA Holding"dən - VAKANSİYALAR
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçilər axtarır - VAKANSİYALAR
"AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
"YapiKredi Bank" işçi axtarır - VAKANSİYA
"Baku Accountants Associates" işçilər axtarır - MAAŞ 400-600-800-1200 MANAT - VAKANSİYALAR
"Azpride Group" işçilər axtarır - MAAŞ 800-1000-1500 MANAT - VAKANSİYALAR
"Katech" şirkəti işçilər toplayır - VAKANSİYALAR
"Karvan L" işçi axtarır - MAAŞ 1700 MANAT - VAKANSİYA
"Blue Fire International" işçilər axtarır - MAAŞ 500-650-800 MANAT - VAKANSİYALAR
"CETA Project Logistics" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
AzerGold CJSC
İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin mütəxəssisi
Son tarix 17 may 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər görülməsində iştirak etmək;
- Cəmiyyətin korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə nəzarət edilməsində iştirak etmək;
- Cəmiyyətdə istifadəçilərin keyfiyyətli və fasiləsiz internet bağlantısının olmasına nəzarət edilməsində iştirak etmək və istifadəçilərdə elektron poçtun keyfiyyətli və fasiləsiz işini təmin edilməsində iştirak etmək;
- İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;
- Cəmiyyətin mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onları quraşdıran şirkətlərlə müqavilələr bağlandıqda şərtlərin müəyyən edilməsində iştirak etmək, onların iş fəaliyyətinə nəzarət etmək və qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;
- Cəmiyyət üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Elektron sənəd dövriyəsi sistemində şöbəyə aid sənədlərin yerləşdirilməsini və nəzarəti təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır. Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İT sahəsi üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.
- Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.
Tikinti mühəndisi
Son tarix 17 may 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Tikinti sahəsinin, təmir-bərpa işlərinin görüləcək sahəsinin hazırlığına nəzarət edilməsi və lazımi təlimatların verilməsi;
- Tikinti və ya təmir üzrə icra edilmiş işlərin hesabatlarının aparılmasını təmin etmək;
- Podrat və subpodrat təşkilatların işlərinin plan üzrə koordinasiya edilməsində iştirak etmək;
- Podrat və subpodrat təşkilatlar tərəfindən işlərin düzgün, keyfiyyətli və aidiyyatı üzrə qurumlardan təsdiqlənmiş layihələr üzrə icra edilməsinə nəzarət etmək;
- Təmir və bərpa üçün ehtiyac yaranmış mal-materialların, avadanlıqların iş həcmlərinin hesablanmasını təmin etmək;
- Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
- Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlər tərəfindən icra olunan tikinti və təmir layihələrin gedişatını izləmək, ətraflı məlumat toplayaraq aidiyyəti üzrə müvafiq hesabatlar təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.