Uğurlu karyera üçün "PASHA Holding"dən - VAKANSİYALAR
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçilər axtarır - VAKANSİYALAR
"AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
"YapiKredi Bank" işçi axtarır - VAKANSİYA
"Baku Accountants Associates" işçilər axtarır - MAAŞ 400-600-800-1200 MANAT - VAKANSİYALAR
"Azpride Group" işçilər axtarır - MAAŞ 800-1000-1500 MANAT - VAKANSİYALAR
"Katech" şirkəti işçilər toplayır - VAKANSİYALAR
"Karvan L" işçi axtarır - MAAŞ 1700 MANAT - VAKANSİYA
"Blue Fire International" işçilər axtarır - MAAŞ 500-650-800 MANAT - VAKANSİYALAR
"CETA Project Logistics" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
Azər Türk Bank
Kredit və bazar riskləri şöbəsinin rəisi
Son tarix 18 may 2023 Müraciət et
Təsvir:
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyələr vermək;
- IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması, nəzarəti və modelin daimi yenilənməsini təmin etmək;
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi;
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
- Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Risk menecmenti, maliyyə, mühasibatlıq, riyaziyyat və s. əlaqəli ixtisaslar);
- Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili (ingilis və rus dili arzuolunandır);
- Riyazi, statistik və ekonometrik biliklər;
- IFRS bilikləri;
- CFA, FRM, ACCA (F3, F7, F9) arzuolunandır;
- MS Office proqramları (yüksək səviyyədə Excel bilikləri), SQL bilikləri arzuolunandır;
- Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Liderlik və komandada işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyət və düzgünlük.
Əməliyyat riskləri və risk hesabatlıq şöbəsində Aparıcı / Baş mütəxəssis
Son tarix 18 may 2023 Müraciət et
Təsvir:
- Əməliyyat, bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması
- Əməliyyat riski çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi
- Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması
- Bankın yeni məhsulları, limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi
- Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak etmək
- Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması
Tələblər:
- Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunandır)
- Səlis Azərbaycan və İngilis dili biliyi
- Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə minimum 3 il iş təcrübəsi
- Microsoft Office proqramları üzrə biliklər (Xüsusən Excel, PowerPoint və Power BI)
- Analitik qabiliyyət və məlumat bazası (Python və SQL) ilə işləmək bacarığı
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı
- Statistik və Ekonometrik təhlil bacarığı
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq