Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-750-800-1000-1200-2500 manat - 20 VAKANSİYA
"AZAL" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
"Yelo Bank" işçi axtarır - VAKANSİYA
"SOCAR - STP" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500 MANAT- VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1108-1274 MANAT - VAKANSİYA
"Xalq Sığorta" işçi axtarır - VAKANSİYA
“Gəncə” BHL Uçuşların təminat sisteminin işıq texniki avadanlığına xidmət üzrə elektrik mexaniki
Kateqoriya:
Xidmət
Yer:
Gəncə
Elan yerləşdirmə tarixi:
2023-05-05
Son müraciət tarixi:
2023-05-19
Müraciət edin
Vəzifə öhdəlikləri:
-
UEİTTX-dəki vəsaitlərin yerləşməsini və elektrik təchizatının sxemini dəqiq bilmək;
-
Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın və təmir işlərinin aparılması;
-
Həvalə olunmuş elektrik avadanlıqlarını,alətləri,ölçü cihazlarını qorumaq;
-
Ehtiyat hissələr,əlaqəli materialları və elektrik enerjisniə daima qənaət etmək;
-
Əmək intizamını qorumaq və nizam-intizam qaydalarına əməl etmək;
Namizədə olan tələblər:
-
Təhsili/ixtisası; Peşə ilə bağlı təhsil;
-
Dil bilikləri: Azərbaycan dili - əla;
-
İş təcrübəsi: Minimum 1 il.
Şəxsi keyfiyyətlər:
- Komandada işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- İşə planlı yanaşma;
- Fikrini izah etmək qabiliyyəti;.
Üstünlüklər:
- Gəncə şəhərində yaşayanlara üstünlük verilir.
İş rejimi:
2 növbəli:
I növbə: 08:00-20:00
II növbə: 20:00-08.00
2 iş günündən sonra 2 istirahət günü
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
-İş yeri- Gəncə Beynəlxalq Havalimanı.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq.
Gəncə YSM doldurma şöbəsi YSM-in keyfiyyətinə laborator nəzarət üzrə texnik
Kateqoriya:
Yanacaq-sürtkü materialları
Yer:
Gəncə
Elan yerləşdirmə tarixi:
2023-05-05
Son müraciət tarixi:
2023-05-19
Müraciət edin
Vəzifə öhdəlikləri:
-
Yanacaq-sürtkü materialları laboratoriyasına daxil olan aviasiya yanacaq-sürtkü materiallarının nümunələrinin (probların) fiziki-kimyəvi analizlərini vaxtında və operativ şəkildə aparmalı, analizlərin nəticələrinə əsasən rəy hazırlamalı;
-
Aviasiya yanacaq sürtkü materiallarının bütün davam edən təhlillərinin nəticələrini və hesablamalarının işçi jurnallarını aparmalı;
-
Aviasiya yanacaq sürtkü materiallarından nümunələri qəbul etməli, onların şifrələnməsini, uçotunu, saxlanmasını, qablaşdırılmasını və digər laboratoriyalara göndərilməsini təmin etməli;
-
Aviasiya yanacaq sürtkü materiallarına pasport və təhlillər verməli və imzalamalı;
-
Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməli;
-
AZS İSO/İEC 17025 standartının tələblərinə müvafiq idarəetmə sisteminin həyata keçirilməsi, qorunması,saxlanması və təkmilləşdirilməsində iştirak etməli;
-
Qurğuların,alətlərin və digər laboratoriya avadanlıqlarının yaxşı vəziyyətinə nəzarət etməli, sadə tənzimləmə və korrektələr aparmalıdır.
Namizədə olan tələblər:
-
Təhsili/ixtisası: Ali təhsil (kimya ixtisası üzrə);
-
Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili –yaxşı;
-
Kompüter bilikləri: Microsoft Excel-yaxşı, Word-yaxşı, Outlook –yaxşı.
Şəxsi keyfiyyətlər:
-
Komandada işləmək bacarığı;
-
Ünsiyyət qurmaq bacarığı
-
İşə planlı yanaşmalı.
Üstünlüklər:
-
Kimyəvi sınaq laboratoriyasında iş təcrübəsi olanlara;
-
Gəncə şəhərində yaşayanlara;
-
İSO 17025 sertifikatı olan işçilərə üstünlük verilir.
İş rejimi:
-
Bazar ertəsi-Cümə günü: 09:00-18:00
-
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
-
İş yeri- Gəncə Beynəlxalq Havalimanı.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Gəncə YSM doldurma şöbəsi xüsusi avtonəqliyyat üzrə mexanik
Kateqoriya:
Yanacaq-sürtkü materialları
Yer:
Gəncə
Elan yerləşdirmə tarixi:
2023-05-05
Son müraciət tarixi:
2023-05-19
Müraciət edin
Vəzifə öhdəlikləri:
-
Xüsusi avtomobillərin texniki vəziyyəti və xarici görünüşünə nəzarət etməli;
-
Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl «Xüsusi avtomaşınlar və onların avadanlıqlarının texniki sazlığının yoxlanılmasının nümunəvi kartasına» müvafıq olaraq onların texniki vəziyyətini yoxlamalı və avtomaşınların nasazlığı haqqında yol vərəqəsi və formulyarlarda müvafiq qeydlər etməli;
-
Xəttdə işləyən sürücülərə texniki yardım göstərmək məqsədilə tədbirlər görməli, lazım gəldikdə xəttə şəxsən çıxmalı;
-
Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətinin riayət etməsinə ciddi nəzarət etməli;
-
Sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmalı, xəttə çıxan və xətdən qayıdan zaman xüsusi avtomaşınların baklarında YSM qalığını, spidometri və motosaat sayğaclarının göstəricilərini şəxsən yoxlamalı;
-
İşin əvvəlində HG-nin yanacaqla doldurulması planı ilə tanış olmaq, bölgü cədvəlinə müvafiq olaraq doldurmanın hərəkətedici vasitələrinin olmasını yoxlamaq;
-
Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətin riayət etməsinə ciddi nəzarət etmək.
Namizədə olan tələblər:
-
Təhsil: Ali texniki təhsil.
-
Dil bilikləri: azərbaycan dili-əla, ingilis dili-yaxşı.
-
B,C,E kateqoriyası üzrə sürücülük vəsiqəsi;
-
Yol hərəkət qaydaları üzrə biliklər.
Şəxsi keyfiyyətlər:
-
Komandada işləmək;
-
Öz fikirlərini sərbəst ifadə etmək;
-
Yaranan şəraitdə tez reaksiya göstərmək.
Üstünlüklər:
-
Gəncə şəhərində və yaxın ərazilərdə yaşayanlara;
-
Anoloji vəzifədə iş təcrübəsi olanlara;
İş rejimi:
-
Bazar ertəsi-Cümə günü: 09:00-18:00
-
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
-
İş yeri- Gəncə Beynəlxalq Havalimanı .
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq