StudyLab
Məhsulun inkişafı və marketinq üzrə rəhbər (Təhsil sahəsi üzrə)
Son tarix 10 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
-
Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
-
Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
-
Sosial media üçün həftəlik,aylıq, rüblük post planının hazırlanması;
-
Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;
-
Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;
-
Şirkətin şöbələri arasında xidmət satışı ardıcıllığının qurulması və idarə olunması;
-
Ayrı-ayrı xidmətlər üzrə inkişaf konsepsiyasının hazırlanması və idarə olunması;
-
Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
-
Nəticə yönümlü təhsil marketinqi işinin qurulması;
-
Reklamların həftəlik və aylıq hesabatlarının hazırlanması;
-
Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək;
Namizədə tələblər:
-
Təhsil marketinqi sahəsində 3-5 il iş təcrübəsi; (Mütləqdir)
-
Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə);
-
Səlist Azərbaydan və ingilis dili bilikləri;
-
Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
-
Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı;
-
Komandada işləmək bacarığı.
Şərtlər:
-
Əmək haqqı: 1500-2500 AZN (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq).
-
İş qrafiki: Bazar ertəsi – Cümə 09:30 -18:30 / Şənbə 10:00 - 16:00
-
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
-
İş yeri : “StudyLab” Mərkəz Ofis
Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Məhsulun inkişafı və marketinq üzrə rəhbər”. yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 30 May, 2023