"PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"AccessBank" işçi axtarır - VAKANSİYA
"AGRO-VEST" işçilər axtarır - MAAŞ 700-1000-1500 MANAT - VAKANSİYALAR
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000 MANAT+% - VAKANSİYA
"Cinema Plus" işçi axtarır - VAKANSİYA
"Deloitte" Bakı ofisi işçi axtarır - VAKANSİYA
"EY Baku office" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800-2700 MANAT- VAKANSİYA
Bakıdakı Britaniya səfirliyi işçi axtarır - VAKANSİYA
"İrshad Electronics" işçilər axtarır - VAKANSİYALAR
"Kontakt Home" mağaza direktoru və işçilər axtarır - VAKANSİYALAR
Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-700-800-1000-1200-1500 manat - 25 VAKANSİYA
VAKANSİYA 1
Başak Group
Satışa dəstək üzrə mütəxəssis
Son tarix 18 noy 2022 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil,
- 21-29 yaş aralığında olan namizədlər,
- Ana dilində səlis danışıq, Rus dilində yüksək ünsiyyət bacarığı,
- Müştəri yönümlülük, təqdimetmə bacarığı,
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı,
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı,
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə,
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi,
- Xanım namizəd.
Vəzifə öhdəlikləri:
- Yeni müqavilələrin bağlanması,
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması,
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması,
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması,
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması,
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 600-800 AZN + Bonus (KPİ)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satışa dəstək üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
VAKANSİYA 2
Azerbaijan Coca - Cola Bottlers
Preseller
Son tarix 18 noy 2022 [email protected]
About This Opportunity:
Preseller, Azerbaijan is a position responsible for selling and merchandising the company products in line with a pre-assigned customer route plan in coordination with sales team. The overall objective of this role is achieving specific sales targets, penetration targets, execution targets while visiting certain customers per day, directly reporting to Sales Developer.
What You Can Expect from The Role:
- Visit customers in a regular route plan
- Take orders from big portion of customer visited
- Penetrate company products within specific targets
- Comply specific execution targets and score itself
- Verificate coolers to validate that they are in place
- Try to achieve given sales targets
What You Bring:
- Bachelor’s degree
- Min 2 years of experience in sales
- Knowledge of MS programs
- Good communication skills, customer-focused approach
- Proficiency in Azerbaijani language, English-intermediate.
Nice to Have:
- Knowledge of SAP
VAKANSİYA 3
Rifah Group
Hüquqşünas
Son tarix 18 noy 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi
- Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması
- Cəmiyyət fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, Cəmiyyətın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Cəmiyyətın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti
Nami̇zədə Tələblər:
- Ali təhsil ( Hüquq)
- Hüquq sahəsində minimum təcrübə
- Kompüter bilikləri (MS Office)
- Ünsiyyət bacarığı
- Təqdimetmə və təmsiletmə bacarığı
- Araşdırma və təhlil bacarığı
- Analitik təhlil etmə bacarığı
Əmək haqqı 700 azn
İş yeri Bakı şəhəri
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Hüquqşünas” qeyd edərək CV-lərinielektron poçt ünvanına göndərsinlər.
VAKANSİYA 4
İzmir Residence
Rent Manager (Real Estate and offices)
Son tarix 18 noy 2022 - [email protected]
Company name: İzmir Residence (Yasamal-40 MMMC) (İzmir street)
Main duties:
- Proceed with rent of real estate and offices in the complex
- Conduct negotiations with clients, introduce all suitable options of real estate and available offices in the database
- Deliver meetings with clients
- Offer suitable property and office products to clients
- Provide clients with accurate information on real estate and offices rent and support them during the process
Main duties:
- Work schedule: 5 working days per week, 2 days off
- Working hours: from 09:00 to 18:00
- 1 hour lunch break
- Official employment
Candidate requirements:
- Previous experience in real estate sales or rent is desirable
- Excellent communication and presentation skills
- Excellent knowledge of Azerbaijani and Russian, English language is preferable
- Highly responsible & reliable
- Female candidates will be given preferences
Candidates meeting the above-mentioned criteria should address their CV/Resume indicating “Rent Manager (Real Estate and offices)” in the subject of the email. Applications without subjects will not be considered.
Şirkətin adı: İzmir Residence (Yasamal-40 MMMC) (İzmir küçəsi)
Əsas vəzifələr:
- Kompleksdə daşınmaz əmlak və ofislərin icarəsini həyata keçirmək
- Müştərilərlə danışıqlar aparmaq, məlumat bazasında olan bütün uyğun daşınmaz əmlakın variantlarını və mövcud ofislərini təqdim etmək
- Müştərilərlə görüşlər keçirmək
- Müştərilərə uyğun əmlak və ofis məhsullarını təklif etmək
- Müştərilərə daşınmaz əmlak və ofislərin icarəsi haqqında dəqiq məlumat vermək və proses zamanı onlara dəstək olmaq
Əsas vəzifələr:
- İş qrafiki: həftədə 5 iş günü, 2 gün istirahət
- İş saatı: 09:00-dan 18:00-a kimi
- 1 saat nahar fasiləsi
- Rəsmi məşğulluq
Namizədlərə tələblər:
- Daşınmaz əmlakın satışı və ya kirayəsi sahəsində əvvəlki təcrübə arzuolunandır
- Əla ünsiyyət və təqdimat bacarığı
- Azərbaycan və rus dillərin əla səviyyəsində bilməsi, ingilis dili biliyi üstünlükdür
- Yüksək məsuliyyətli və etibarlı
- Xanım namizədlərə üstünlük veriləcək
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV/CV-lərini email-in mövzu hissəsində “İcarə üzrə Meneceri (Daşınmaz Əmlak və ofislər)” qeyd etməklə göndərməlidirlər. Mövzu olmayan müraciətlər dəyərləndirilməyəcəkdir.
VAKANSİYA 5
Barattson
Sales Consultant
Son tarix 18 noy 2022 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Müştərilərlə davamlı görüşlərin keçirilməsi
- Müştərilərə şirkət xidmətləri haqqında ətraflı məlumatın verilməsi
- Görüşülən müştərilərlə əlaqələrin qorunub saxlanılması
- Yeni müştəri bazası ilə əlaqələrin qurulması ( gündəlik yeni lead-lər)
- Müştərilərdə yaranacaq suallarla bağlı daima back office( expert team ) ilə əlaqədə olmaq
- Müştərilərlə müqavilələrin bağlanması və prosesin izlənməsi
- Gündəlik , həftəlik, aylıq satış hədəfini yerinə yetirmək
- Rəhbərliyin tapşırıqlarını vaxtı-vaxtında icra etmək
Tələblər:
- Ali Təhsil ( Menecment, İqtisadiyyat ixtisasları üstünlükdür )
- Satış sahəsində 1-3 il iş təcrübəsi
- Azərbaycan dilində səlis və axıcı danışıq, rus və ya ingilis dilləri orta səviyyə
- Ms Office (Word,Excell) proqramlarında işləmə bacarığı
- Problem həll etmə və ya həlli yolları təklif verəbilmə bacarığı
- Aktiv,Gülərüz, Məsuliyyətli,Punktual
İş qrafiki:
- İş saatlar: 10:00 - 19:00 ( Bazar gün istirahət)
- Ünvan: B.Vahabzadə küç 5, ( Elmlər M.)
- Ə.H : 500 - 1000 AZN
Maraqlanan namizədlər mövzu yerində “Sales Consultant ” yazmaqla öz CV-lərini göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
VAKANSİYA 6
Betta
Baş Mühasib
Son tarix 18 noy 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Baş Mühasib Baş Direktora tabe olmalı və görülmüş işlər barədə onun qarşısında hesabat verməli.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat hesabında düzgün əks etdirilməsini təmin etməli.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)
- Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək, gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.
- Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməli.
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirməli.
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamalı, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etməli, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirməli.
- Aşkar olunan nöqsanları mümkün olduğu halda dərhal yerində həll etməyə çalışmalı.
- Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlamalı.
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
- Əmək haqqının tabellər və digər qeydiyyat sənədləri ilə müqaisəsi və dəqiqliklə AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi.
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli.
Namizədə tələblər:
- Ali təhsilli
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili
- Ən azı bu sahədə 3 il təcrübəsi olmalı
- Analitik düşüncəyə malik olmalı
- Verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmalı.
İş şəraiti:
- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
- Əmək haqqı razılaşma əsasında müəyyən olunacaqdır.
Maraqlanan şəxslər öz CV formalarını " Baş Mühasib " başlığı ilə email ünvanına göndərə bilərlər.
VAKANSİYA 7
AzəriMed QSC
Full stack PHP proqramçı
Son tarix 18 noy 2022 - [email protected]
Tələblər:
- Təcrübə: PHP proqramlaşdırma üzrə minimum 2 il iş təcrübəsi;
- Laravel framework ilə tanışlıq;
- Frontend bilikləri (HTML5, JS, Angular, Bootstrap);
- SQL biliyi;
- GİT ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin hazırlanması;
- Hazır proqramlarda əlavə və dəyişikliklərin icra olunması;
- Web saytın inkişaf etdirilməsi.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
- Əmək haqqı: 1200 – 1500 AZN
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Full stack PHP proqramçı” qeyd edərək CV formasını elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 8
Rifah Group
Heyətin İdarə Edilməsi Departamentinə Rəhbər
Son tarix 18 noy 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Şirkət üzrə İnsan Resursları departamentinə aid ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s).
- Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi,vəzifə dəyişikliyi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
- İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
- İşçilərlə əmək müqavilələrin bağlanması, vəzifə təlimatlarının izahı, iş təsvirlərini hazırlanması
- İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası;
- Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında kadr ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmalı;
- Resurslardan səmərəli istifadə və məqsədlərə nail olmaq üçün istifadə olunan siyasətləri, prosedurları və metodları hazırlamalı;
- Müxtəlif texniki, peşəkar və hüquqi məsələlər üzrə yazışmalar aparıb hesabatlar hazırlamalı və təqdim etməli;
- İllik İR büdcəsinin hazırlanmasına yardım etməli;
- İş yerində araşdırmaların aparılması və faktların araşdırılmasında iştirak etmək; həll strategiyalarını tövsiyə etmək və həyata keçirmək;
- Şirkətdə quruculuq işinin aparılması;
Nami̇zədə Tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində ən azı 5 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yüksək səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Yüksək səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
- 1C proqramında işləmək bacarığı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Bakı şəh.
- İşin əhatə dairəsi: Ölkə ərazisi üzrə
- İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində“Heyətin İdarə Edilməsi Departamentinə rəhbər” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
VAKANSİYA 9
Woerwag Pharma
Tibbi nümayəndə (Bakı)
Son tarix 18 noy 2022 [email protected]
İş barədə məlumat:
- Maaş -1200 AZN
- Şirkətə məxsus olan məhsulların təqdimatı
- Təqdim edilən dərmanlara olan tələbatın öyrənilməsi
- Gündəlik tibb müəssisələrinə baş çəkmək
- Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
- 09:00-dan dan 18:00-dək 5 günlük iş qrafiki
- Şənbə və Bazar istirahət günləri
- 13:00-dan 14:00-dək nahar fasiləsi
Namizədə tələblər:
- Ali Tibbi Təhsil (Ali Tibbi Təhsili olmayan şəxslərin CV-lərinə baxılmayacaq)
- Tibbi nümayəndə vəzivəsində iş təcrübəsi (mütləqdir!)
- Azərbaycan və Rus Dili Bilikləri, İngilis dilini bilən şəxslərə üstünlük veriləcək
- Microsoft Office proqramların biliyi ( Word,Excel, Power Point)
- Səlis nitq qabiliyyəti
- Nizam-intizamlı olmaq
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmək bacarığı
- Məqsədəyönlülük
- Xoş xarici görkəm
- Sürücülük vəsiqəsi
Şəkilli CV-lərinizi e-mail ünvanlarına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi:(012) 497 43 86. Əlaqədər şəxs: Aydan xanım
Qeyd: Representative Office of Wörwag Pharma GmbH & Co. KG in Azerbaijan şirkətinin iş elanları yalnız jobsearch.az və boss.az saytlarında yerləşdirilir!
VAKANSİYA 10
Deniz Service LLC
Baş mühasib
Son tarix 18 noy 2022 - [email protected]
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar.
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsini nəzarət altında saxlamaq
- Avans ödənişləri və onların YGB ilə bəyan edilməsini nəzarət altında saxlamaq
- Müəssisənin debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsi
- Bütün növ mühasibat əməliyyatlarının 1C ( (8.3) mühasibatlıq proqramına daxil edilməsi
- Bank ödəniş tapşırıqlarının hazırlanması
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
- Tələblər: Topdan Satış sahəsində ən azı 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan ,Rus, Ingilis dili
İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına mövzu yerində “Baş mühasib” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.
VAKANSİYA 11
Qartal Tikinti Firması
Layihə koordinatoru
Son tarix 18 noy 2022 - [email protected]
Əmək haqqı: 800-1000 AZN
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
- Layihələrin idarə olunması-koordinasiyası işləri üzrə iş təcrübəsinin olması;
- Kompüter biliyi mükəmməl olmalı (Microsoft office, Outlook);
- Ali təhsilli olması mütləqdir;
- Rus dilini bilməsi arzuolunandır;
- İngilis dilini mükəmməl bilməlidir
- İşində dəqiq və məsuliyyətli olmalı;
- Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcəkdir;
İş haqqında məlumat:
- İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümələrin edilməsi;
- Xarici şirkətlərlə yazışmaların və danışıqların aparılması;
- Xarici bazardan satın alınacaq materialların araşdırılması;
- Tender paketi sənədlərinin ingilis və azərbaycan dillərində hazırlanması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icra edilməsi.
İş şəraiti:
- İş saatı 09:00-18:00;
- İstirahət günü - Şənbə və Bazar günləri;
- Nahar firma tərəfindən təmin edilir;
- İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “Layihə koordinatoru” yazmaqla göndərmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Fidan Aşumova
Telefon: +994 50 283 00 69
VAKANSİYA 12
Azerbaijan SuperMarket
Graphic Designer
Son tarix 18 noy 2022 - [email protected]
Department: Marketing
Location: Head Office.
Summary and purpose of role:
The role will secure that each store in the portfolio is optimized from sales and space planning perspective, that all commercial aspects have been implemented to the store layout, and that the customer experience is maximized in each store and designed in the most efficient and sustainable way. The Graphic Designer will create a store experience that strengthens the brand through optimal choice of space and implementation of the latest interior program. The role will work closely with Retail Expansion, Construction, Visual, Commercial, and other functions to ensure that projects are delivered on time and with a high standard of quality.
Job responsibilities:
Create commercial stores: New Stores, Rebuilds, and Space Optimizations
- Set the “commercial idea” for new stores and rebuilds to create the strongest outcome for sales and brand by securing optimal concept mix, size, and placement as well as façade intent
- Have full understanding of the commerciality and quality of existing store portfolio in dedicated area to enable active portfolio management
- Review existing stores to secure all commercial aspects before starting with the new commercial idea
- Present each project’s commercial idea for management’s approval
- Maintain full knowledge of relevant guidelines and best practices
- Provide feedback and improvement suggestions to relevant functions regarding experiences received from site visits of new and existing stores
- Set schedule for design related tasks/actions
- Finalize drawings according to agreed schedule
- Follow up on schedule and communication for project
- Take ownership of analyzing both successes and learnings for projects.
Required qualifications:
- 3 years’ working experience within the area of commercial/retail architecture or interior design with focus on store concept development and/or store design and plannin
- Proficient in design programs
- Proactive self-starter that operates with little supervision and takes ownership
- Strong project management skills, ability to oversee and manage multiple projects in complex environments involving several stakeholders
- Goal-oriented problem solver with commitment to deliver strong results in a fast-paced environment
- Great communication and presentation skills
- Possess the ability to think outside of the box and develop creative solutions to space issues
- Demonstrate a high degree of personal dedication to providing thorough, top-quality work
- Maximize productivity through time management while promoting teamwork and actively contributing to a positive work environment
- Intermediate knowledge of Microsoft Suite
- Ability to evaluate feedback on layouts and be able to make fact-based decisions that relate to interior guidelines, site specific locations, and requests from other functions
- Fluency in English.
Interested candidates may apply for the role by sending resume to email address, mentioning "Graphic Designer" in theme tab.
Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process.
VAKANSİYA 13
AN Production
Mühəndis konstruktor
Son tarix 18 noy 2022 - [email protected]
Namizədə tələblər:
- Təhsil: Ali təhsil
- Yaş 25- 45dək
- Kollektivdə işləmək bacarığı
- İş qrafiki: Nahar fasiləsi - 13:00-dan 14:00-də, Həftə içi - 09:00-dan 18:00-dək
- Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İş təcrübəsi: Konstruktor olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure,3DMAX,Solidwor.
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);Russ dili, Digər dillər əlavə üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Proqram vasitəsi ilə metal konstruksiyaların, avadanlıqların və məmulatlarının 3D modellərinin işlənib hazırlanması;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
- Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
Əmək haqqı: 600-1500(azn)
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. CV-ləri e-mail ünvanına “mühəndis konstruktor" adını qeyd edərək göndərmələri xahiş olunur.
+994-50 241 21 90(Gülşən xanım)
VAKANSİYA 14
189 Courier
Supervayzer
Son tarix 17 noy 2022 - [email protected]
Öhdəliklər:
- Çata və e-maile gələn məktubların və ismarıcların cavablandırılması
- Təsdiq olunmuş sifarişlərə nəzarət
- Kuryer namizədləri ilə müsahibə;
- Kuryerlərin iş qrafikinin tərtibi
- Rəhbərliyin göstərişlərini icra etmək
Namizədə tələblər:
- Kişi namizədlər
- Ali və ya orta texniki təhsil;
- 22-35 yaş həddi
- Komputer bilikləri - MS office,
- Azərbaycan dili-səlis
- Rus dili -yaxşı
Ofis-şəhərin mərkəzində
6 günlük növbəli iş qrafikı
Əmək haqqı – 650 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərsinlər.
Tel: 012 505 01 89.
Qeyd: 189 Courier şirkətinin iş elanları yalnız jobsearch.az, boss.az və offer.az saytlarında yerləşdirilir!
VAKANSİYA 15
Air Group
Hüquqşünas - Müqavilələr üzrə mütəxəssis
Son tarix 17 noy 2022 - [email protected]
Namizədə tələblər:
- Ali Hüquq təhsili;
- Yaş həddi: 24-35;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3;
- Kommersiya hüququ bilikləri;
- Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il;
- Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;
Gözlənilən müvafiq təcrübə:
- Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;
- Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s. ;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.
Əsas öhdəlikləri:
- Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
- Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
- Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
- Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
- Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
- Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
- Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Əlavə məlumatlar:
- Əmək haqqı: Müsahibə əsasıda təyin olunacaq
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “Hüquqşünas - Müqavilələr üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərə bilərlər.
Qeyd: Air Group şirkətinin iş elanları yalnız jobsearch.az saytında yerləşdirilir!
VAKANSİYA 16
Milli Broker
Bəyənnaməçi
Son tarix 17 noy 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Qısa idxal bəyannamələrinin tərtib edilməsi;
- Tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
- Bəyannamələrin sistemə işlənilməsi;
- Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;
- Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
- Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı bəyannamələrin hazırlanması;
- İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malların bəyan edilməsi;
- Müştəri loyallığını təmin etmək üçün yüksək səviyyədə xidmət göstərmək;
- Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Bəyannaməçinin İxtisas Attestatı;
- Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
- Gömrük orqanları və müvafiq sənədləşmə xidmətləri sahəsində təcrübənin olması;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
- Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;
- Peşəkarlıq tələbləri:
- Azərbsycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;
- Beynəlxalq tranzit prosedurunu bilməsi;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Müştərilərlə xoş ünsiyyətdə olmaq.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 17 noyabr 2022-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bəyannaməçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Milli Broker şirkətinin iş elanları yalnız jobsearch.az saytında yerləşdirilir!
VAKANSİYA 17
Company
Lizinq Mütəxəssisi
Son tarix 14 noy 2022 - [email protected]
Şəhər: Bakı
Təhsil : Ali
İş təcrübəsi: iş təcrübəsi olmasına üstünlük verilir
Tələblər:
- Bank, lizinq və ya maliyyə sahəsində təcrübə;
- Maliyyə təhlilini aparmaq bacarığı;
- Səlist Azərbaycan dilində sənədlərin hazırlanması;
- Kompüter bacarığı, xüsusilə Excel proqramının yaxşı səviyyədə bilməsi;
- Rus dilini bilənlərə üstünlük verilir.
İş barədə məlumat:
- Potensial Lizinq müştərilərini cəlb etməli;
- Avtomobillərin satış mərkəzləri ilə münasibətləri qurmalı;
- Lizinq müştərilərin portfelini yaratmalı və artımını təmin etməli;
- Müştərilərin kredit riskini və kredit ödəmə qabiliyyətini qiymətləndirməli;
- Mövcud məhsulların şərtlərini çox yaxşı bilməli;
- Lizinqin rəsmiləşdirilməsini həyata keçirməli;
- Kreditləşmə və lizinq fəaliyyətinə aid olan qaydaları, prosesləri və siyasəti yaxşı bilməli;
- Lizinq müştərilərinin ödənişlərinə nəzarət etməli;
- 5 günlük iş rejimi
Əmək haqqı : 800 - 1000 azn.
VAKANSİYA 18
Aral Group Baku
Material uçotu üzrə mütəxəssis (xanım)
Son tarix 14 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satın alınan məhsulların uçotunun aparılması (aylıq/illik) ;
- Tədarükçü şirkətlərlə mal-materialın aylıq və rüblük qarşılaşdırılması :
- Tədarükçü bazasının yaradılması ;
- Müəyyən edilmiş müddətlərdə işlərin görülməsi ;
- Sənədləşdirmə işlərin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsilli;
- İnşaat sahəsində material uçotu üzrə mühasiblik təcrübəsi – ən azı 2 il;
- Layihə çərçivəsində işləmək təcrübəsi;
- MS Ofis proqramlarında ,xüsusilə Excel( LOGO bilənə üstünlük veriləcək) peşəkar işləmə bacarığı;
- Azərbaycan, Türk və Rus dillərində sərbəst şəkildə danışmaq və yazmaq.
VAKANSİYA 19
TEZ Logistics
Mühasib köməkçisi
Son tarix 14 noy 2022 - [email protected]
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Rus dili, və Azərbaycan dili
- Texniki bacarıqlar və Excel proqramının yüksək səviyyədə bilməsi
- Mühasibatlıq və vergi münasibətlərinin əsas bilikləri
- Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu üstünlükdür;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Vəzifə öhdəlikləri:
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Əməliyyatların 1C proqramında işlənməsi
- Statistika və vergi hesab fakturaların hazırlanması
- Bank və kassa əməliyyatları
- Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi – Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
İş şərtlərimiz:
- Əmək haqqı: 800 AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Mühasib köməkçisi” qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 20
Kontakt Home
Koordinator
Son tarix 14 noy 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Ünvanlara çatdırılan mebel/məişət məhsullarının quraşdırılması üzrə texniklərin yönləndirilməsi;
- Düzgün koordinasiya və sistematik qeydlərin aparılması;
- Mail və şifahi müraciətlərin operativ cavablandırılması;
- Rəhbərinə günlük və aylıq hesabatların verilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- İdarəetmə bacarığının olması;
- Microsoft Office, 1C , Micro yazılım və Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dili səlis, Rus dili arzu olunandır;
- Nizam intizamlılıq, məsuliyyətlilik, işində dəqiqlik.
İş şəraiti:
- 6 gün iş, 1 gün istirahət;
- Saat: 09:00 - 18:00.
Vakansiya ilə maraqlanan şəxslər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
VAKANSİYA 21
BSC Consulting & Outsourcing Company
Mühasib–operator
Son tarix 14 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- E-Qaimə fakturaların yazılması;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə edilməsi
- Digər gündəlik (invoys, qaimələrin yazılması, aktların hazırlanması və s.) əməliyyatların yerinə yetirilməsi.
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Mühasibat sənədlərinin saxlanılması və qorunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
- Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 6 ay - iş təcrübəsi
- MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti
İş şəraiti:
- AR ƏM əsasən rəsmiləşmə
- Əmək haqqı: 500 – 600 AZN
- İş rejimi: 6 günlük iş qrafiki
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib- operator” yazaraq 14.11.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.
VAKANSİYA 22
Superfon
Maliyyə monitorinqi üzrə mütəxəssis (Bakı)
Son tarix 14 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
Tələblər:
- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
- Şəxsi avtomobilin olması vacibdir.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə;
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Maliyyə monitorinqi üzrə mütəxəssi (Bakı)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 14.11.22
VAKANSİYA 23
Maymed- Avis MMC
Kontent menecer
Son tarix 14 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sosial Medialar üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq.
- Təsdiq edilmiş plan əsasında targetə uyğun reklamları yerləşdirmək və izləmək.
- Sosial mediada bazarın təhlilini aparmaq (vendor, məhsul və rəqiblər üzrə).
- Gündəlik rəhbərlik tərəfindən verilən işlərin yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Marketinq sahəsində təhsil (ali, kurslar və s.).
- SMM üzrə ən azı 1-3 il iş təcrübəsi.
- Azərbaycan dili qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı.
- Facebook, Linkedin, Instagram, Tik Tok üzrə istifadəçi təcrübəsi, rəqəmsal reklamları idarəetmə bacarığı.
- Reklam nəticələrini analiz edə bilmək bacarığı.
- Microsoft Office və İnternet resursları ilə işləmə bacarığı.
- Komandada işləmək qabiliyyəti.
- Yaradıcı və analitik düşüncə tərzi.
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik.
İş şəraiti:
- Həfətədə 5 günlük iş rejimi. Tam qrafik
- Ünvan : Badamdar şossesi 5
- Əmək haqqı – 700-800
- Yaş – 22-35
VAKANSİYA 24
Irshad Electronics
Mağaza müdiri
Son tarix 14 noy 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Mağazanın sıravi və digər personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək.
Tələblər:
- Yaş – 30 -40
- İş təcrübəsi 5 – 7 il - satış sektorunda (rəhbər vəzifəsində)
- Ali təhsil;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- İşgüzar davranış etikasını;
- Satılan məhsulun assortimentini və satış qiymətlərini;
- Satış texnikası və prinsiplərini;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
- Kompüter bilikləri (MS Office).
VAKANSİYA 25
Azdizayn Group
Korpotativ satış mütəxəssisi
Son tarix 14 noy 2022 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili
- Kompüter bilikləri (MS Office, Micro);
- Planlama bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
- Xanım
- Yaş-25-40
- Əmək haqqı 700 manat
İş haqqında məlumat:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
- Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Nəqliyyat xərcləri;
Vakansiyaya müraciət üçün CV-ləri “Korporativ satış mütəxəssisi” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.