Azərbaycanda qış turizmi deyəndə yada düşən ilk məkanlardan biri “Şahdağ Turizm Mərkəzi”dir. 2009-cu ildə dövlət büdcəsi hesabına əsası qoyulan və 2011-ci ildən istifadəyə verilən “Şahdağ Turizm Mərkəzi” büdcədən dotasiya alır.
Eləcə də bax: “Şahdağ Turizm Mərkəzi”nin zərəri - 13% ARTIB
FED.az xəbər verir ki, mərkəz 2018-ci ili 27,47 milyon manat zərərlə başa vurub. 2019-cu ildə isə ziyanı təyin edən rəqəmlər bir qədər də artıb.
Nəzərə alsaq ki, daxili turlardan da bu məkana gələnlər kifayət qədərdir, o zaman sual yaranır: Mərkəz özünü niyə maliyyələşdirə bilmir?
Ekspertlər hesab edir ki, təşkil olunan turlar zamanı ərazidə qidalanma baha olduğundan gələnlərin böyük əksəriyyəti yaxınlıqda olan digər restoranlara üz tuturlar.
Əgər turist kanat və xizəyi birgə götürmək istəsə bu, ona 45-50 manata başa gələcək.
Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyir ki, xarici ölkələrdə də xizək turizmini təklif edən mərkəzlərin qiymətləri ucuz deyil.
“Ancaq bizdə bir qədər də çəçivədən çıxıblar. Çünki bizə də şikayətlər daxil olur ki, 30 qəpiklik suyu 4 manata satırlar. Belə kurortların ətrafında daha kiçik yerləşmə məntəqələri yaradılmalıdır. Yeləşmə və qida xərclərini azaltsaq, heç olmasa bura təşkil olunan turların qiymətində fərqlilik görə bilərik” – deyə S.Dübəndi bildirib.
Nizamnamə kapitalı 546,776 milyon manat olan turizim mərkəzinə dəstək üçün dövlətin subsidiya verməsi yaxşı haldır. Ammaq kommersiya xarakterli qurumun özünü maliyyələşdirməyə gücü çatmirsa, deməli müəyyən işlərin görülməsinə ehtiyac var.
Baku.TV